Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Evimiz hər an başımıza uça bilər..."

"Evimiz hər an başımıza uça bilər..."


3-03-2021, 09:55
"Evimiz hər an başımıza uça bilər..."
Lerik sakini deputatdan kömək istədi Lerik rayon sakini Qədir Qurbanov sosal şəbəkə vasitəsi ilə seçicisi olduğu millət vəkili İqbal Məmmədova müraciət ünvanlayıb.

Gundemxeber.az xəbər verir ki, Qədir Qurbanov müraciətində acınacaqlı vəziyyətdə yaşamasını, evinin qəzalı olmasını, daimi müalicəyə ehtiyacı olan xəstəlikdən əziyyət çəkməsini qeyd edir. Üç məktəbli övladına uzun illərdir bayram süfrəsi aça bilmədiyini yazan rayon sakini millət vəkilindən kömək istəyir.

Qədir Qurbanovun millət vəkilinə yazdığı müraciəti təqdim edirik:

“Mən, Lerik Rayon Bradi kənd sakini Qurbanov Qədir Qurbanəli oğlu. Burdan 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilmiş İqbal Məmmədov cənablarına müraciət edirem.

Hörmətli İqbal Məmmədov cənabları! Allah xatirinə, Allah rizası üçün səsimizə səs verin.

Üçü azyaşlı məktəbli olmaqla, 5 nəfər aile üzvümüz var.
Özüm xəstəyəm, bir aylıq müalicəmə ən azı 90-100 manat pul tələb olunur.
İllərdi evim qəzalı vəziyyətdədir. Qar, yağış suları evimizin içinə tökülür. Evimiz her an başımıza uça biler.

Bu bayram günlərində 3 azyaşlı məktəbli övladlarım bayram xonçasına, bayram yeməyinə həsrət qalıblar, bayram xonçasının nə olduğunu bilmirlər.

Aldığım 236 manat əmək haqqı ilə bilmirəm özümə müalicə etdirim, sobada yandırmağa odun alım, işıq pulunu verim ya ailəmi dolandırım.
Uzun illərdir xəstəliyimə müalicə etdirmək üçün müxtəlif insanlardan borca pul almışam. Hazırda borcum 3000 manatdan artıqdır.

Hörmətli İqbal Məmmədov cənabları! Allaha xatir, səsimizə səs verib, bu bayram günlərində ailəmizə yardım əlinizi uzadın.

İmza. Qurbanov Qedir
Lerik Rayonu, Bradi kendi
Tel: 0507973263”

Asiya.az-ın əməkdaşı müraciətdə qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlayaraq Qədir Qurbanovla danışıb. O, müaciətdə yazdıqlarına əlavə olaraq bildirib ki, xəstəliyinə görə 3-cü qrup əlillik dərəcəsi var. Bundan əvvəl də millət vəkili İqbal Məmmədova müraciət yazmağına baxmayaraq, heç bir cavab ala bilməyib.

"Evimiz hər an başımıza uça bilər..."
"Evimiz hər an başımıza uça bilər..."
"Evimiz hər an başımıza uça bilər..."
"Evimiz hər an başımıza uça bilər..."
"Evimiz hər an başımıza uça bilər..."
"Evimiz hər an başımıza uça bilər..."

Geri qayıt