Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ən çox şikayət olunan "Kapital Bank"dır...

Ən çox şikayət olunan "Kapital Bank"dır...


23-03-2021, 12:23
Ən çox şikayət olunan "Kapital Bank"dır...
DİA.AZ: - Son günlər fəaliyyətindən, bəlkə də daha çox fəaliyyətsizliyindən ən çox şikayət olunan banklardan biri də "Kapital Bank"dır. Əslində birincisidir. Elə DİA.AZ olaraq apardığımız araşdırmalar da bunu təsdiqləyir. İndi isə nvöbəti şikayəti təqdim edik. Şəbnıəm Səfərova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda belə yazılr:

Ən çox şikayət olunan "Kapital Bank"dır...

"1ci gün: "Kapital Bank"ın müştəri xidmətlərinə zəng edib düşməkdən söhbət belə gedə bilməz. Əsrin möcuzəsidi o bankın "qaynayan xəttinə" düşmək!
Korporativ şöbə əməkdaşlarının xidməti nömrəsinə birbaşa zəng edib problemi həll eləməkdənsə bir göyərçinə məktubumu versəydim daha tez çatdırardı. 2 gündü ödəniş eləyə bilmirəm. Vaxtını itirib banka gedirsən bir söz deyirlər, gəlib "müştəri bankı" açırsan görürsən düzgün məlumat verməyiblər.
Korporativ VOEN hesabını keçirə biləcəyim normal xidmət göstərən bank məsləhət görün lütfən. Zənglərə normal vaxtında cavab verilən, bürokratik əngəllərin olmadığı, əməkdaşları işini normal yerinə yetirən bank olsun. 1 ödəmə üçün ömrümüzün və sağlamlığımızın yarısını itirməyək.
2ci gün: Kapital bankla macəramız davam edir. Bugün də səhər 9dan başlayaraq 3 günlük ödəmə prossesimiz davam edib. Telefon zəngləri, yazışmalar, axmaq-mənasız imtina səbəbləri və s. Axşam 18:00, bankdakı əməkdaşa yenidən zəng edirəm: Filankəs xanım, 3 gündü əlləşdiyim ödəmənin statusu nə vaxt təsdiqlənəcək? Göyərçinlə göndərsəydim daha tez çatardı. Cavab: 7-dən sonra sistemi yoxlayın.
Saat 19:05: sistemə girmək istəyirəm və Kapital bankımız öz ampluasındadı, sistem işləmir.
Lesson learned: Əsəbdən, infarktdan cavan yaşda getmək istəmirsinizsə hesabınızı normal bankda açın".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Geri qayıt