Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Azərxalça" işində YENİ GƏLİŞMƏ...
"Azərxalça" işində YENİ GƏLİŞMƏ...2-04-2021, 12:46 |
Həbs edilən “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə onun müavini istintaqa çağırılıb. Unikal.org-un əldə etdiyi məlumata görə, istintaq tədbirləri üzrə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini İslam Səfər oğlu Qurbanov dindirilib və izahatı alınıb. O, Vidadi Muradovun adıçəkilən quruma rəhbərlik etdiyi dönəmdə Təsərrüfat və sənədlər şöbəsinin fəaliyyətinə rəhbərlik edib. Qeyd edək ki, sözügedən sədr müavini FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin sabiq rəisi Səfər Qurbanovun oğludur. Geri qayıt |