Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sahil Babayevə cinayət işi açılmalıdır

Sahil Babayevə cinayət işi açılmalıdır


13-04-2021, 12:09
Sahil Babayevə cinayət işi açılmalıdır
"Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub”.

Bu sözləri Sfera.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxta əlililik dərəcəsi verildiyini əsas gətirməklə 90 min əlilliyi olan şəxsi bu hüquqdan məhrum etməsinə münasibət bildirərkən, ekspert Cümşüd Nuriyev deyib:

"Başda nazir olmaqla, burada oturanlar təcrübəsi olmayan qeyri-peşəkarlardan ibarətdir. Nazirlikdə həddən çox özbaşınalığa yol verirlər. Ağıllarına nə gəldi, onu da edirlər. Əliliyi kəsilənlərdən biri Ağsuda yaşayan qohumumdur. Anadangəlmə raxid olan Zülfüqarova Məleykə Ağaməmməd qızı 37 ildir ki, pensiya alırdı. Ancaq 37 ildən sonra ƏƏSMN-nin işçiləri onun guya sağlam olduğunu kəşf ediblər”.

Həmsöhbətimiz nazirlikdəki neqativ hallardan söz açıb: "Dünyanın əksər ölkələrində belə bir nazirlik fəaliyyət göstərmir. Pensiya yığımı Dövlət Sosial Müdafiə Fondunda cəmləşməlidir. Qalan işlər isə Səhiyyə Nazirliyinə verilməlidir. ƏƏSMN-nin yaratdığı "Dost mərkəzləri” də başdan ayağa qanunları tapdalayan quruma çevrilib”.

C.Nuriyev sözügedən qurumu diskriminasiyaya yol verməkdə suçlayıb: "15 ildən çox dövlət qulluğunda çalışsam da, 263 manat təqaüd alıram. Biabırçılıqdır. Mənimlə bərabər seçilən başqa deputata isə tamam fərqli münasibət göstərilib. İnsanlara münasibətdə yaradılan bu özbaşınalıq qurumda diskriminasiyanın mövcud olmasından xəbər verir.

ƏƏSMN hazırda Azərbaycan xalqını dövlətin əleyhinə qaldırmaqla məşğuldur. 90 min adam 90 min taledir. Nə ixtiyarınız var ki, həkimlərin verdiyi sənədləri qeyri-qanuni hesab edirsiniz?

Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub. Baş verən olayla bağlı olaraq ona cinayət işi qaldırılmalıdır. Sənin nə ixtiyarın var ki, insanların pensiyasını, yardımını kəsirsən? Bu nazirlikdəki özbaşınalığa son qoyulmalıdır”.

Geri qayıt