Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bir quzu, 200 manat da pul.... VƏSSALAM...
Bir quzu, 200 manat da pul.... VƏSSALAM...14-04-2021, 12:00 |
"Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır" "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, özünü təvazökar aparmalıdır." İLHAM ƏLİYEV Amma, gəlin görək məmurlar Cənab Prezidentin bu qəti ifadələrindən nə dərəcədə nəticə çıxarırlar?! Ümumiyyətlə nəticə çıxarırlarmı? Çox təəssüflər olsun ki, xalqa xidmət etmək üçün Prezident tərəfindən vəzifəyə təyin olunan məmurlar, özləri xalqa xidmət etmək yerinə, xalqı özlərinin nəyinki xidmətçisi, hətta nökərləri hesab edirlər desək, yanılmarıq. "Xərac xurcunları"nı doldurmalarını xalqdan tələb etmək, xalqı talan etmək, onların əməyini istismar etməkdir ki, bunun da öhdəsindən bizim bəzi yerli İcra orqanları, yerli səlahiyyət sahibləri "layiqincə" gəlməyi bacarırlar. Bizim son zamanlar yerli icra məmurları haqqında olan sərt mövqeyimiz bir çox İcra orqanlarında hiddət doğurub. Amma, əslində düşünmələri lazımdır ki, bizi tanımayan insanları bizim haqqımızda bu cür düşünməyə nə vadar edir??? DogruXeber.az İnformasiya agentliyi heç vaxt, heç kimsə ilə qərəzli ədavət aparmır və öz maraqlarına xidmət etmir. Biz bəzi vəzifəsindən sui-istifadə edərək, yalnız öz cibini doyurmaqla məşğul olan, xidmətçisi olduğu xalqın xidmətindən yararlanıb özünə sərvət toplayan və haqqını yedikləri insanları insan yerinə qoymayan özbaşına məmurlar tərəfindən hüquqları tanınmayan vətəndaşların hüquqlarını həmin məmurlara, həmin məmurları isə xalqa, həmçinin onlara güvənib vəzifəyə təyin edən Prezidentə tanıtmaq üçün çalışırıq. Yeri gəlmişkən bütün yayımladığımız məlumatlar faktlara əsaslanır. Söylədiklərimizin sübutu olan materiallar əlimizdədir, müəyyən qədərini də hər zaman izləyicilərimizin diqqətinə çatdırırıq. Yuxarıda qeyd etdiyimiz hüquqları tanınmayan vətəndaşlar, vəzifəsindən yararlanıb, sakinlərin "dərisini soyan" səlahiyyət sahibləri çox təəsüf ki, hər yerdə var, eləcə də Samux rayonunda. Demək, qohumları tərəfindən döyülüb, 4 uşaqla evdən qovulan Hüseynova Ülviyyə Telman qızı özü və həyat yoldaşı Hüseynov Mətləb Kamandar oğlu hər ikisi işsizdirlər. Yaşamağa evləri olmadığı üçün Gəncə şəhər, Atatürk prospekti ev 1. Mənzil 83 ünvanında, köhnə yataqxanada bir otaqda 4 uşaqla müvəqqəti sığınmışlar. Ülviyyə xanım 4 azyaşlı övladını saxlamaq üçün sosial yardım almaq istəyir. Məlumdur ki, sosial yardımın öz qaydaları var, müəyyən sənədlər toplanıb təqdim edilir, bundan sonra o sənədlər əsasında yardım ayrılır, təbii ki, əgər tələb olunan kriteriyalar uyğundursa. Ülviyyə xanımın Əsas problemi elə bu tələb olunan sənədləri toplamaqdır. Belə ki, yaşayış yerindən arayış vermək üçün ondan 30 manat rüşvət istəyən "damkom" dediyi komendant, xanımın qeydiyyatda olduğu Daşkəsən rayonunun Əmirvar kəndinin "sovet sədri" adlandırdıqları İcra nümayəndəsi, lazım olan sənədləri hazırlamaq üçün ondan bir quzu, 200 azn rüşvət istəyən Rüfət müəllim adlı şəxs səlahiyyətləri ilə yalnız öz maraqlarına xidmət edirlər. Ülviyyə xanım onu da qeyd edir ki, "ümumiyyətlə hara müraciət edirəmsə məndən hər kağız üçün pul istəyirlər." Çarəsiz sakin yenə də üzünü Cənab Prezidentə tutaraq, kömək istəyir. İnanırıq ki, cənab Prezident tezliklə məsələni kökündən həll etmək üçün gərəkli göstərişləri verəcəkdir. P.S: Diqqətinizə çatdırırıq ki, Ülviyyə xanım Hüseynova Daşkəsən rayonunun Əmirvar kəndinin icra nümayəndəsi, Gəncə şəhər, Atatürk prospekti ev 1 ünvanının komendantı və Samux rayonunun Sərkar kəndinin adlarını çəkib. Yəni söhbət təkcə bir rayonda cərəyan edən karrupsiya hallarından getmir. Qeyd olunan faktlar adı çəkilən hər üç ünvanda müşahidə olunur. Aşağıdakı videogörüntünü izləyərkən özünüz də ifadələrimizin sərt olma səbəblərini aydınca anlayacaqsınız. Mövzu diqqətimizdədir. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //DogruXeber.az// Geri qayıt |