Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İnam Kərimovdan Sabirabad fermerlərinə SÜRPRİZ...
İnam Kərimovdan Sabirabad fermerlərinə SÜRPRİZ...20-04-2021, 11:50 |
DİA.AZ: - Redaksiyamız müraciət edən Sabirabaddan ola fermerlər Kəndə Təsərrüfatı Nazirliyindən (KTN) şikayətçidirlər. DİA.AZ-a danışan narazı kəndlilər bildirirlər ki, onlara KTN tərəfindən verilmiş və subsidiya ödənişləri üçün nəzərdə tutulan bank kartları ilə bağlı yeni hoqqabazlığa başlanılıb. Sakinlər dia-az.life-a bildirir: "Belə ki, hər bir bank kartı olan kəndliyə yerli KTN işçiləri tərəfindən bildirilir ki, əgər bank kartlarını açıq tutmaq istəyirlərsə, əlavə olaraq 2 manat banka ödəniş etməlidirlər. Halbuki həmin bank kartları iki illik aktivdir və aktiv bank kartlarına görə ödənişin tələb olunması açıq-aşkar talançılıqdır". Sakinlər bildirir ki, Sabirabadda ən azından 20 min sakin pay torpağına görə bu cür bank kartına sahibdir və bu hesabla yerli KTN-nin 40 min manatlıq korrupsiyasından söhbət gedir: "Ən azından 40 min manatı qanunsuz olaraq ciblərinə ötürmək istəyirlər. Real rəqəmlər isə bundan artıq olar, nəinki az..." Narazılıqla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |