Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > BSU-da 140 min manatın QARANLIQ TALEYİ
BSU-da 140 min manatın QARANLIQ TALEYİ31-05-2021, 11:17 |
Bakı Slavyan Universitetində Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. Hazırda prokurorluq faktla bağlı araşdırma aparır. Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva isə ali təhsil müəssisəsinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin təhsil haqqını mənimsədiyini etiraf edib. Yanvarın 29-da mətbuata açıqlama verən rektor bildirib ki, D.Əliyevanı tapmaqda çətinlik çəkirlər və 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Bizim.Media xəbər verir ki, əvvəlcə yayılan xəbərlərdə BSU Dürdanənin qanunsuz əməllərinə görə, Təhsil Nazirliyi və Baş Prokurorluğa müraciət etdiklərini açıqlayıb. Lakin Prokurorluq bu açıqlamanı təkzib edib: "Cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında başlanıb və yalnız bundan sonra, 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub". Bu rəsmi təkzibdən sonra BSU rektoru Nurlana Əliyevanın üzərinə tuşlanan şübhələr birəmin artıb. Yəni, əksər ictimai fəallar professorun axtarılan 140 minə şərik olduğunu düşünür. Bu fikirdə olanlar sadə məntiqin tərəfdarlarıdır. Belə ki, hər bir insan evində baş verənlərdən xəbərdar olduğu kimi rektorlar da idarə etdikləri təhsil ocağında yaşananlardan agahdırlar. 140 min manatı mənimsəyən Dürdanə Əliyeva haqqında isə 4 həftədir ki, cinayət işi başlanılıb. Bakını tərk etdiyi deyilən təhsil oğrusunun işi ilə bağlı gedişat rəsmən açıqlanmır. Amma Bakını tərk etmək Azərbaycandan çıxmaq demək deyil. Ölkədaxili axtarışlar isə uzun sürmür. Hətta BSU-nun qara kassası başqa ölkəyə çıxsaydı belə o, interpol vasitəsilə axtarışa verilərdi. Belə qərarlar isə mətbuata açıqlanır. Hələki tələbələrin təhsil haqqını mənimsəyən Dürdanənin cinayət işi barədə yeni xəbərlərin olmaması başqa ehtimalları aktuallaşdırır. Məlumatlı mənbənin söyləməsinə görə isə Dürdanə Əliyeva Bakıda öz evindədir, sadəcə, rektor onu ev dustağı kimi saxlatdırır və heç bir açıqlama verməməyi emr edib. Əks təqdirdə cinayətinin cəzası böyük olacağını bildirib. İndiliksə xanım rektor bu cinayətin üstünü ört-basır etməklə məşğuldur. Bəzi mənbələrdən (tələbə-müəllim) əldə etdiyimiz məlumatlara görə, Dürdanənin istintaqı gedir və əldə olunan cavablar cinayət işinin miqyasını artırıb. Belə ki, hazırda universitetdə yoxlamaların getdiyi ilə yanaşı tələbə, müəllim, valideynlər arasında rəy sorğusu da aparılır. Bu sorğuda yer alan cavabların bir qismi isə şikayətlərdən ibarətdir. Həmin narazılıqlar isə yalnız Dürdanə Əliyevanı əhatə etmir. 140 min manat hələ çox ev yıxacaq... Bizim.Media Geri qayıt |