Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Dedilər ki, bu illər ərzində 3-4 müdür dəyişib xəbərimiz yoxdur"

"Dedilər ki, bu illər ərzində 3-4 müdür dəyişib xəbərimiz yoxdur"


4-06-2021, 11:36
"Dedilər ki, bu illər ərzində 3-4 müdür dəyişib xəbərimiz yoxdur"
“Kontakt Home” mağazası müştərinin kreditə götürdüyü telefonu itirib.

Bakupost.az xəbər verir ki, bu barədə şikayət sosial şəbəkədə paylaşılıb.

Şikayətdə qeyd edilir ki, aylıq ödənişlər müştərinin maaşından çıxılsa da telefon onun özünə gəlib çatmır:

"Telefon 4 il əvvəl “Kontakt Home”dan alınıb. Ödəniş edirdik, bir az borc qalmışdı. 1-2 ay pulu gecikdirdik. Telefonun “Qızıl zəmanət”i var idi, üzü bir balaca çatladığı üçün “Kontakt”ın servisinə apardıq. 10 gün saxladılar, sonra dedilər ki, detalları çatışmır, xaricdən gəlməlidir. Gətirdik evə, baxdıq ki, telefon ümumiyyətlə açılmır, işləmir. Qaynanam geri apardı, müdürlə danışdı. Evdə qüsurlu uşağın olduğunu, telefonu ona aldığımızı dedi. Müdür əvvəlcə gecikmənin olduğu üçün telefonu götürə bilməyəcəklərini desə də, sonda götürdü. Bir müddət onlardan səs gəlmədi. Sonra biz özümüz maraqlandıq. Dedilər ki, müdür dəyişib, telefon da anbardadı. Amma nə qədər axtarsalar da telefon tapılmadı. Müəyyən vaxtdan sonra bir qız zəng etdi ki, telefon tapılıb, servisə göndərilib. Dedim etdiyim ödənişlər batsın, telefonu istəmirəm. Qız elə olmayacağını dedi. Dedim yaxşı, servisə göndərin, nə desələr məni xəbərdar edin.

İki ay əvvəl isə hüquqşünas zəng etdi. Qətnamə çıxarıldığını, ödəniş etməyimizi ya da maaşımızdan tutulacağını dedi. Dedim, telefonumu tapıb verin, sonra ödənişə başlayacağam. Dedilər ki, bu illər ərzində 3-4 müdür dəyişib xəbərimiz yoxdur.

Hüquqşünas 500-dən çox borc olduğunu, bu ay maaşdan 300 manat tutulacağını bildirdi. Zəng edən xanıma telefonu verin deyirəm, deyir, cihazın pulu tam ödənməmiş verə bilmərik. Nə olduğunu anlaya bilmirəm... Gələn ay ödəniş tam bitir, telefonumu verin deyirəm, gah deyirlər, verə bilmərik, gah da deyirlər, müdürlər dəyişib, telefon itib. Nə oyundur düşmüşəm bilmirəm...”.

Geri qayıt