Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycanın milyoner qadınları: ONLAR KİMDİR?
Azərbaycanın milyoner qadınları: ONLAR KİMDİR?8-06-2021, 12:02 |
Azərbaycanda şirkətlərə rəhbərlik edən (qanuni təmsilçilər) şəxslərin kim olduğu ictimaiyyət üçün açıq olsa da, şirkət sahiblərinin (təsisçi, səhmdar) kim olduğu əksər hallarda bilinmir. Yeniavaz.com xəbər verir ki, yalnız bank və sığorta şirkətlərinin sahibləri (səhmdarları) haqqında məlumatlar insanlar üçün əlçatandır. Bu səbəbdən həmin şəxslərin banklar və sığorta şirkətlərində nə qədər səhmlərinin (pulunun) olduğunu bilmək mümkündür. Qeyd edək ki, açıqlanan məlumatlara görə hazırda Azərbaycanda ən çox pulu olan qadın Zərifə Həmzəyeva hesab olunur. Zərifə Həmzəyeva "Premium Bank” ASC-nin əsas səhmdarıdır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var. Mətbuatın yazdığına görə, nizamnamə kapitalı 26,5 milyon manat olan “Gazelli Group” MMC-nin də təsisçisi Zərifə Həmzəyevadır. Fotoda: Zərifə Həmzəyeva Onu da bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb. Bankın əsas səhmdarı olan Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. Yeri gəmişkən qeyd edək ki, Azərbaycanın milyoner qadınları arasında Zərifə Həmzəyevanın qızları – Cəmilə və Məlahət Əsgərovalar da yer alıb. Fotoda: Cəmilə Əsgərova “İpək Yolu” sığorta şirkətinin iki əsas səhmdarı (hər biri 38,7% paya sahibdir) arasında yer alan Cəmilə və Məlahət Əsgərovanın hər birinin 5,7 milyon manat sərvətinin olduğu məlumdur. Azərbaycanda milyonlara sahib olan daha bir qadın Nigar İsmayıl qızı Mehdiyeva hesab olunur. “Bank BTB” ASC-nin əsas səhimdarı olan Nigar Mehdiyevanın bankdakı payı 74,9% –ə bərabərdir. Bu isə o deməkdir ki, Nigar Mehdiyevanın bankda 49,8 milyon manat vəsaiti var. Nigar Mehdiyevanın ixtisasca həkim olduğu bildirilir. Fotoda: Nigar Mehdiyeva Məlumat üçün bildirək ki, mətbuatda Nigar Mehdiyevanın uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Sadıqovun qızı, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin isə gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb. Daha bir milyoner qadın “Rabitəbank” ASC-də 30%-lik paya sahib olan Validə Abbasovadır. Açıqlanan rəsmi məlumatlara görə Validə Abasovanın bankda 30,4 milyon manat pulunun olduğu bildirilir. Azərbaycanda yaşayan və 1 milyon manatdan çox pulu olan qadınların adı və sahibi olduğu şirkətlərin (bank və sığorta şirkəti) siyahısını təqdim edirik: Geri qayıt |