Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Hər ay pulumdan niyə 32 manat tutulur?”

“Hər ay pulumdan niyə 32 manat tutulur?”


22-06-2021, 11:47
 “Hər ay pulumdan niyə 32 manat tutulur?”
Saatlı rayonunun Qazanbatan kənd sakini 1-ci qrup ömürlük əlil Dəmirəli Dursunov Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişova müraciət edib. O müraciətin bir surətini də JAMAZ.info-ya ünvanlayıb.

Ağır xəstə olduğunu qeyd edən Dəmirəli Dursunov bildirib ki, uzun müddətdi Türkiyədə müalicə olunur. Şikayətçinin sözlərinə görə, 2021-ci ildə pensiyası artsa da, ik aydır ki, artırılan məbləğ karta yüklənmir.

“Bu barədə Dövlət Sosial Müfadiə Fondunun Saatlı şöbəsinə saysız-hesabsız müraciət ünvanlamışam. Amma nəinki problemi həll etmirlər, heç müraciətlərimə belə, cavab vermirlər”, – 1-ci qrup əlil yazıb.

O, başqa bir problemə də diqqət çəkib: “2021-ci ilin ilk ayından bu günə kimi hər ay pensiyamdan 32 manat tutulur. Bu pul niyə tutulur, hara gedir bilmirəm”.

Şikayətçi Himalay Məmişovdan məsələ müdaxilə edərək problemin həllinə yardımçı olmasını xahiş edir.



Geri qayıt