Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Göygöl sakinləri HƏYƏCAN TƏBİLİ ÇALIR...
Göygöl sakinləri HƏYƏCAN TƏBİLİ ÇALIR...24-06-2021, 12:32 |
Azərbaycanımız gözəldir. İstər təbiəti, istər insanları, istər qanunları (hər kəs düzgün icra edərsə), istərsə də ekologiyası. Azərbaycanımızın dilbər guşələri çoxdur. Bu dilbər guşələrdən biri də Göygöl rayonudur. Göygöl rayonunun təbiətinin gözəlliyi, sıx meşələrin, yaşıllıqların tərtəmiz etməyə çalışdığı ekologiyası, və sair nəyinki yerli, eləcə də xarici turistləri özünə cəlb edir. "Yaşıllıqların tərtəmiz etməyə çalışdığı" ifadəsini yanlışlıqla yazmadıq. Sözümüzün canı var. Demək, Göygöl rayonunun Mollacəlilli kənd sakini Quliyev İman Qənbər oğlu tərəfindən "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət daxil olmuşdur. Daxil olan müraciəti olduğu kimi təqdim edirik: "Salam Hörmətli Redaksiya Mən Quluyev İman Qəmbər oğlu yaşadığım Göygöl Rayonu Mollacəlilli kəndində Göygöl Su-Kanal və Kanalizasiya idarəsinə məxsus tullatı suların təmizlənməsi qurğusu fəaliyyət göstərir.Bu qurğu işə başladığı bir gündən kəndin ümumi bəlasina çevrilib.Rayondan axıdılan çirkab sular heç bir filtr qurğusundan keçirilmədən bir başa kəndin otlaq və örüş sahələrinə axıdılır.Bundan əlavə hətta Kanalizasiya sularıdan yığılan nəcis artıqları belə yenə də heyvanların örüş sahəsinə tökülür.Üfunət qoxu, rəzil və acınacaqlı mənzərə, ağcaqanad və kamar hər yanı bürüyüb.Sözü gedən problemlə bağlı dəfələrlə Qurğunun rəisi Almədədov Azərə Mollacəlilli kənd Bələdiyyə Sədri Ramiz Tağıyevə , və İcra Nümayəndəsi Məmməd Məmmədova və xüsusilə Göygöl Rayon İcra Hakimiyyətinə ərazi idarə etmə şöbəsinin müdürü Vüqar Hüseynova vəziyyətin nə qədər dözülməz olduğunu söyləsəmdə heç bir fayda verməmişdir. Sözü gedən problemlə bağlı epidemiya pik həddinə çatıb. Qurğunun rəisi Almədədov Azər, kənd Bələdiyyə Sədri Ramiz Tağıyev, İcra Nümayəndəsi Məmməd Məmmədov, və Göygöl Rayon İcra Hakimiyyətinin rəsmisi Vüqar Hüseynov bütün şikayətlərə laqeyd qalmaları burada yüzlərlə narazı kütlə yetişdirib. Kənd sakinlərinin səbrləri ilə oynayırlar. Özüdə belə bir çətin vaxtda pandemiyanın hökm sürdüyü və tüğyan etdiyi zamanda heç bir şikayətə əhəmiyyət vermirlər.Sizdən bu mövzuda dəstək və kömək gözləyirik. İndi ümüdümüz bircə sizsiniz. Həqiqətən də bizə sizin köməyiniz lazımdır. Xaiş edirik köməynizi bizdən əsirgəməyin. İMZA: QULİYEV İMAN QƏMBƏR OĞLU" Əslində hər şey müraciətdə açıq-aydın şəkildə təsvir olunduğu üçün əlavə şərhə ehtiyac yoxdur. Amma, bu məsələdə maraqlı məqam ondan ibarətdir ki, sözdəki "təmizləmə qurğusu"nun gerçək fəaliyyəti ətrafda acınacaqlı, antisanitar vəziyyətin yaranmasına səbəb olur. Bundan da maraqlısı yerli İcra Hakimiyyətinin, bələdiyyənin dəfələrlə müraciət olunduğu halda məsələyə biganə yanaşmasıdır. Hansı ki, sakin müraciəti olmasa belə həmin kəndin bələdiyyə sədri Ramiz Tağıyev, İcra nümayəndəsi Məmməd Məmmədov özləri sözügedən vəziyyətin canlı şahidi, eyni zamanda hər gün həmin üfunət qoxuyan havanı udmağa məhkum olan insanlardan biri olaraq , mövcud problemin aradan qaldırılması üçün müvafiq addımlar atmalı idilər. Rayon İcra Hakimiyyətinin ərazisi üzrə problemin həlli üçün müvafiq addımlar atmaması, vətəndaş şikayətlərinə laqeydlik göstərməsi onun ümumi fəaliyyətinə güzgü tutur. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |