Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > DSMF-nin Heybət İmanov adlı BƏLASI...

DSMF-nin Heybət İmanov adlı BƏLASI...


6-07-2021, 13:06
DSMF-nin Heybət İmanov adlı BƏLASI...
Aktualxeber.az-ın redaksiyasına daxil olan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Heybət İmanovun yaxınları və dostları qanunları ayaqlar altına atıb. Ölkədə minlərlə inasanların əlilliyi və pensiyası kəsildiyi halda H.İmanova yaxınlığı olan adamların saxta pensiya və əlilliyinə toxunulmur. Hətta, saxta pensiya, əlillik düzəldənlərin əksəriyyəti işdən azad olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Yenə də H.İmanovun himayəsində olanlar saxta pensiya, əlillik düzəltməklə məşğuldurlar.
Bunlardan biri Heybət İmanovun yaxın dostu Mahmud Məmmədovdur. M.Məmmədov Şəmkirdə yerləşən DSMF-nin 19 saylı regional ərazi filialında baş mütəxəssisdir. Mahmud Məmmədov həm də 19 saylı regional ərazi filialının müdiri Adil Cəfərovun pul yığanıdır. Saxta əlilliyə və pensiya qarşı mübarizə aparan Sahil Babayev!!!
Sual yaranır Mahmud Məmmədovun həyat yoldaşı Məmmədova Aysel Elxan qızının saxta əlilliyi və pensiyası niyə kəsilmir? Bu və bunun kimi yüzlərlə saxtakarlıqda əli olan Mahmud Məmmədov niyə cəzalandırılmır? Yoxsa Heybət İmanovun kurasiyasında olan adamların toxunulmazlıq hüquqi var?
Eynilə həmin regional idarədə baş mütəxəssis işləyən Əhməd Quliyevin atası Leysanın və anasının saxta əlilliyi və pensiyası niyə yoxlanılmır? Bəlkə ictimaiyyət bilmir, siz bəyan edin. İşçiləriniz hər saxtakarlıq edə bilər, ancaq cəzalar onlara tətbiq edilə bilməz.
Qarşı tərəfi də dinləməyə hazırıq.
//Aktualxeber.az//


Geri qayıt