Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Biləsuvarda MƏMUR ZÜLMÜ ƏRŞƏ DİRƏNİB...
Biləsuvarda MƏMUR ZÜLMÜ ƏRŞƏ DİRƏNİB...28-07-2021, 12:04 |
Biləsuvarda pambıq sahələrini suvarmaq üçün su tapılmır. JAMAZ.İNFO xəbər verir ki, rayonda mövcud olan iri su kanallarından isə yerli məmurların öz əkin sahələrində istifadə etdiyi, digərlərinə də bu səbəbdən su çatmadığı bildirilir. Hələ bir müddət əvvəl Biləsuvarın bir neçə kəndinin sakinləri rəsmi qurumlara müraciət edərək, onlardan kömək istəmişdilər. Bildirmişdilər ki, vaxtında sahələri suvarmasalar, məhsuldan əl çəkməli olacaqlar. Lakin bu müraciətlərə baxmayaraq, onların nə səsini eşidən oldu, nə də köməklik göstərən. Yerli İcra Hakimiyyəti də məsələyə etinasız yanaşıb. Bu gün isə Biləsuvarın bir neçə kəndinin sakinləri İcra Hakimiyyətinin önünə yığışmağa cəhd ediblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumat yayan rayon fəllarından Nurlan Mirəli bildirib ki, kəndlilər əkin sahələrini, ən əsası pambıq sahələrini suvara bilmədiyi üçün rayon İcra Hakimiyyətinin qarşısındakı yolu kəsməyə cəhd edib. Məlumatda bildirilir ki, hadisə yerinə polis əməkdaşları gətirilib. Etiraz edənlərdən saxlanılanların olduğu deyilir. Nurlan Mirəli qeyd edib ki, rayon camaatı Biləsuvar Su İdarəsi və Cənub Muğan kanalının suyu bütünlüklı yerli məmurların əkis sahələrində istifadə olunur. Onun sözlərinə görə, məhz bu səbəbdən digər sakinlərin əkin sahələri susuz qalıb. “Bu məsələ araşdırlarsa, həmin məmurların 1000 hektarla əkin sahələrinin olduğu üzə çıxacaq. Onların qanunsuz olaraq otlaq sahələrini, Dövlət fonduna daxil olan torpaqları zəbt etdikləri də aşkarlanacaq. Yerli orqanlar bütün sahələri satıblar. Elə suyu da məmurlara, varlılara satırlar”. Geri qayıt |