Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Onun da VAXTI YETİŞİB...
Onun da VAXTI YETİŞİB...30-07-2021, 09:28 |
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun yaxın günlərdə vəzifədən çıxarılacağı gözlənilir. AzFakt.com-a daxil olan məlumata görə Cavid Qurbanov öz yerinə müavini Vüsal Aslanovun təyin edilməsi üçün müxtəlif kanallar vasitəsilə hərəkətə keçib. Qurbanovun Aslanovu öz yerinə təyin edilməsinə çalışmasının səbəbi isə “Azərbaycan Dəmir Yolları” QSC-də mənimsənilən yüz milyonlarla manat vəsaiti “ört-basdırı” eləmək niyyətinin olması olduğu deyilir. Xatırladaq ki, bir müddət öncə ölkə mətbuatında hökumət qarşısında etimadını itirən Cavid Qurbanovun obyektlərini satışa çıxartması ilə bağlı məlumat yayılmışdı. Həmin məlumatda C.Qurbanovun Azərbaycanda sahib olduğu daşınmaz əmlakı təcili sataraq əldə etdiyi vəsaiti xaricə çıxarmaq istədiyi iddia edilirdi. Qeyd edək ki, əldə etdiyimiz digər məlumatda Cavid Qurbanov Bakı şəhərində Əhməd Rəcəbli küçəsində yerləşən daha bir obyektini təcili satışa çıxardığı bildirilir. Geri qayıt |