Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Burda işçi saxlayırlar, YOXSA KÖLƏ?..

Burda işçi saxlayırlar, YOXSA KÖLƏ?..


17-08-2021, 12:20
Burda işçi saxlayırlar, YOXSA KÖLƏ?..
DİA.AZ: - "Şikayətim İçərişəhər metrosunun arxasında yerləşən "Muse Cafe" ilə bağlıdır. Artıq ikinci dəfədir restoranın qabağından keçəndə rəhbərlik tərəfindən işçilərin alçaldılması, təhqir edilməsi və zorakılığa məruz qalmasının şahidi oluram". DİA.AZ bildirir ki, bu barədə Nurlan Cəfəri adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edib.

Burda işçi saxlayırlar, YOXSA KÖLƏ?..

Daha sonra narazı vətəndaş yazır: "Təxminən 1 ay əvvəl dostumla kafeyə yaxınlaşdıq. Qapıya çatanda özünü Bakının behini vermiş biri kimi aparan kök cavan bir oğlanın işçilərdən birinə söyüşlə müraciət etdiyini gördüm. İşçini əmranə şəkildə yanına çağırıb "nə deyirsən ə??" deyib boğazından yapışıb şillə vurdu. İşçi isə məzlumcasına cavab verib keçdi içəri. Mən isə yanımdakı dostuma "bunlar bizim verəcəyimiz xeyirin 1 qəpiyinə də dəymir" deyib uzaqlaşdıq ordan.
Bu gün ikinci dəfə eyni halı başqa bir rəhbərlikdən gördüm. Təhqir edən şəxs başqası idi amma hiss edilirdi ki, bu da kafenin rəhbər heyətindəndir. Kafenin qarşısından keçərkən həmin şəxsin işçiyə "rədd ol burdan! Nəsə narazılığın var?" deyib işçinin üstünə şığıdı. Yanındakı şəxs əli ilə onu tutub işçini içəri göndərdi. Təhqir edilən işçinin reaksiyası nə oldu: 0!
Qarşılaşdığım hər iki hal kafenin düz qapısının ağzında baş verib. Kafedən kimsə təkzib eləsə lazım gəlsə kamera ilə də göstərib özlərinə sübut edərəm, işçi və rəhbər heyətindən kimin hansı gün hansı işçini təhqir etdiyini də göstərərəm. Sözümün canı, bu postu özləri oxuyacaqlarsa boyunlarından atmaq kimi variantdan boşuna istifadə etməsinlər.
İşçilərə yazığım gəldi. Üzünüzə söyülə-söyülə, döyülə-döyülə sizə verilən 3-5 manatın əsiri olmayın, rəhbərlik sizə şillə vurursa, sizə zor tətbiq edirsə salın təpiyinizin altına, uzağı işdən qovacaq amma 1 daha işçilərin yanında təpik altına düşüb biabır olmamaq üçün heç bir həmkarınızı təhqir etməyəcək.
Bundan əlavə bir vətəndaş olaraq kafenin qarşısından keçəndə bu kimi hallar məni narahat edir və üçüncü dəfə təkrarlanacağı təqdirdə şəxsən özüm haqqını qoruya bilməyən, 5 manata görə susan o işçilərin yerinə və özümün narahatlığıma görə ilk öncə Daxili İşlər Nazirliyinə zəng edib polisi kafenin qabağına tökəcəm.
İşçiləri təhqir etməyin! Əziz işçi sinifi, təhqir olunduğunuz yerdə qalmayın!"

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


Geri qayıt