Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gədəbəyin icra başçısının ƏNDİŞƏSİ...
Gədəbəyin icra başçısının ƏNDİŞƏSİ...19-08-2021, 11:27 |
Gədəbəyin icra başçısı İbrahim Mustafayev sosial şəbəkələrdə öz haqqında yazılan yazılardan əməlli başlı qorxuya düşüb. Bu yazılar o qədər obyektiv və dəlil sübutla yazılır ki, Mustafayev təkzib etməyə söz belə tapmır. Yeganə çarəni cəmiyyətdə az-çox tanınan, vaxtaşırı ölkənin problemlərini diqqət mərkəzinə çəkən adamların dili ilə özünü tərif etdirməkdə görür. Amma atalar demiş qaş düzəldən yerdə göz çıxarır. Həm özünü dübarə biabır edir, həm də az çox nüfuzu olan bu şəxsləri özünə yoldaş edib hörmətdən salır. Məsələn icra hakimiyyətində bir milyon dörd yüz min manat büdcə pulu hesabına qurulmuş, əhəmiyyətsiz bir qurumu Ləman Əliəşrəf qızına təriflədir ki, guya bu qurum asan xidməti əvəz edir, korrupsiyanın qarşısını alır. Amma hamı bilir ki, bu şüşəbəndə sənəd verən şəxsin işi-sahibkardırsa, tikinti tikmək istəyirsə memar sarı Vidadinin, hüquqi məsələdirsə Qıdılyan ləqəbli Zülfüqar İsgəndərovun, kadr məsələsidirsə kart Natiqin yanına gəlməklə və deyilən haqqı ödəməklə düzəlir. Yaxud özünü mütəmadi olaraq Rəşid Mahmudova təriflədir. Hörmətli Rəşid həkim İbrahimi tayı bərabəri olmayan başçı adlandırır. Amma rayon camaatı Allahşüküru qəbir yeri satmaqda ittiham edən Rəşid həkimdən ayrı fikirlər gözləyir. Gözləyir ki, desin " Ayaa a baş həkim Ramiz Pirverdiyev, bu xəstəxananı niyə bu günə qoyubsan, bu rayonda niyə bir dənə normal tibbi xidmət yoxdur? Ayaa ay İbrahim satmağa yer başına qəhət idimi ki, xəstəxanın girişini baş həkimə kababxana üçün satdın?Niyə məktəb direktorlarını aylıq haqqa oturdub təhsili bu günə saldın? Hanı bu rayonun yollarının təmirinə ayrılan milyonlar, yollar niyə bu gündədir? Və.sair. Rəşid müəllim istəsə bu nöqsanlardan danışar. Amma istəmir. Onun istədiyi şey rayonun restoranlarında şərəfinə təşkil edilən məclislərdə dəmlənmək,şəninə deyilən sağlıqlardan xumarlanmaq və büdcəni vampir kimi soran qohum əqrabasının xoş günündən fərəhlənməkdir. İ.Mustafayev də arxayınlaşmasa yaxşıdı. Çünki DTX Rəşidlərin, Ləmanların sözü ilə hərəkət etmir. //azinfo.tv// Geri qayıt |