Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”

“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”


30-08-2021, 11:53
“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”
Vətən müharibəmizin şəhid hərbçilərindən bir də müddətdən artıq hərbi qulluqçu Namiq Nürəddin oğlu Bağırovdur. N.Bağırovun ailəsinin çox böyük məişət problemləri var. Yaşlı ata və anası evsizdir, anası parkinson xəstəliyindən əziyyət çəkir və beş ildir ki, yataq xəstəsidir. Şəhidimizin ata və anası kənddə müvəqqəti olaraq başqa bir adamın evində yaşayırlar.

Şəhid atasının dəvəti ilə Moderator.az-ın əməkdaşı şəhid ailəsinin yaşadığı Masallı rayon Çaxırlı kəndinə yola düşüb və şəhid ailəsinin problemləri ilə maraqlanıb.

Beləliklə, həmin yazını təqdim edirik:

Atası Nürəddinin dedikləri:

“Namiq iki bacının bir qardaşıdır, 1984-cü ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Daha sonra orta məktəbi bitirdikdən sonra Naxçıvanda hərbi xidmətdə olub. Ordudan tərxis olunandan sonra iki il müxtəlif işlərdə işləyib və 2008-ci ildə orduda müddətdən artıq hərbi qulluqçu kimi işləməyə qərar verdi. Əvvəlcə Zeynalabdin Tağıyev adına qəsəbədə, daha sonra isə Pirişküldə xidmətini davam etdirib. 2010-cu ildə isə ailə qurub və hazırda üç yaşında Ayla adında qızı var”.

“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”

Şəhid atası deyir ki, sentyabrın 26-da Namiqi evdən işə yola salıblar:

“Sentyabrın 26-da Namiq işə getdi və bir gün sonra isə Vətən müharibəsi başladı. Namiq Ağcabədidə idi və daha sonra Füzuli uğrunda gedən döyüşlərə qatıldı. Oktyabrın 6-da zəng vurub hamımızla danışdı. Sanki şəhid olacağını bilirdi. Oktyabrın 7-də səhər tezdən Namiq snayperlə vurulub”.

“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”

Şəhidimizin yaşlı valideynlərinin üərkdağalayan problemləri var:

Şəhidimiz böyük izdihamla doğulduğu kənddə dəfn edilib. Nürəddin bəy şəhid oğlunun adını əbədiləşdirmək üçün evlərinin yaxınlığında Şəhid bulağı tikib. Bu gün isə şəhidimizin yaşlı valideynlərinin problemləri adamın ürəyini ağrıdır. Belə ki, şəhidimizin atasının 67, anasının 64 yaşı var. Şəhid atası ürək və damar xəstəliyindən əziyyət çəkir. Sağ ayağında qaralma gedir və yeriməkdə çətinlik çəkir. Anası Gülzar xanım isə parkinson xəstəliyindən əziyyət çəkir və beş ildir ki, yataqdadır. Ailənin iki qızı Bakı və Sumqayıt şəhərində ailəlidir. Evdə xəstə həyat yoldaşına isə şəhid atası özü baxır. Onun sözlərinə görə həyat yoldaşı “YAŞAT” Fondu tərəfindən Bakıdakı klinikalardan birinə müalicəyə aparılıb. Dərmanları alınıb və rayona qayıtdıqdan sonra rayon xəstəxanasında onun dərmanlarını verən olmayıb. İndi bütün dərmanlarını özləri pulla alırlar.

“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”

Lakin Namiq şəhid olandan sonra hər şey yarımçıq qalıb...

Şəhid ailəsinin ikinci bir problemi isə evlərinin olmamasıdır. Nürəddin bəy deyir ki, Namiqlə birlikdə həyətlərində bünövrəsini tikdikləri evi tikib başa çatdırmağı planlaşdırıblar. Lakin Namiq şəhid olandan sonra hər şey yarımçıq qalıb. İndi isə onlar kənddə müvəqqəti olaraq bir sakinin evində məskunlaşıblar. Amma şəhid atası evini təmir edib ora köçməyi arzu etdiyini bildirir. Elə Namiqin nəşi də evləri olmadığına görə dayısının evindən götürülüb və dəfn edilib. Şəhid atası Namiqin il mərasimini isə öz evində vermək istədiyini deyir.

“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”

Onun sözlərinə görə problemindən Masallı rayon İcra Hakimiyyətinin də xəbəri var. İcra Hakimiyyəti tərəfindən şəhid ailəsinin bu problemi aidiyyatı üzrə yuxarılara çatdırılıb, lakin heç bir cavab yoxdur. Ona görə də şəhid atası ona köməklik edilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək kömək istəyib.

Namiq Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Bu gün isə şəhidimizin doğum günüdür.


“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”
“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...”
Geri qayıt