Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gənc kadr olsa da, qocalara DƏRS KEÇƏR...

Gənc kadr olsa da, qocalara DƏRS KEÇƏR...


3-09-2021, 12:20
Gənc kadr olsa da, qocalara DƏRS KEÇƏR...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “bədii janr”da tender keçirib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev deyəsən, dövlət vəsaitlərini necə xərcləməyin unikal üsullarını icad etməkdədir.
TİA.Az-ın xəbərinə görə, agentlik icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xidmət alan vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması xidmətlərinin satın alınması üçün tender açıqlayıb.
Tenderin qalibi “Medical Media” MMC olub və 11 328 manat hesabına köçürülməlidir. Sadəcə, müsabiqənin elan olunmasının səbəbi qəribədir – vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması…
Tenderin qalibi olan tibbi bir kanaldır, lakin indiyə qədər hər hansı parlaq fəaliyyətinə rast gəlinməyib. Z.Əliyevin isə bədii janrda video çarxlar üçün 11 mindən çox maliyyə xərcləməsi tender maxinasiyaları ilə bağlı şübhələri artırır.
Ölkədə icbari tibbi sığortanın tətbiqinə gəlincə, yanvardan bu proses başlasa da, heç bir ciddi nəticədən söhbət gedə bilməz. Faktiki olaraq, xəstəxanalarda, poliklinikalarda tibbi sığorta formal və simvolik xarakter daşıyır. Bununla bağlı ayrıca araşdırma təqdim edəcəyik.


Geri qayıt