Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "İcra başçısı Göyçayda pula gedəsi nə varsa satıb"

"İcra başçısı Göyçayda pula gedəsi nə varsa satıb"


6-09-2021, 08:49
"İcra başçısı Göyçayda pula gedəsi nə varsa satıb"
Göyçay rayon sakini saytımıza müraciət edib.
Mobil bəy Xeyrullayev qeyd edir. Mən Şəhriyar küçəsində yaşayıram. Bu həyəti 1990-cı ildə almışam. Həmin dövr SSRİ dövri idi.
Mən 1990- cı ildə Göyçay rayonundan ilk olaraq Qubadlının Seytaş kəndinin müdafiəsində ov tüfəngi ilə könüllü olaraq iştirak etmişəm. Vaxtı ilə Göyçayda bütün şəhidlərimizin yas mərasimlərinin təşkilini, maddi xərclərini mən üzərimə götürərək yola vermişəm.
Mehdi Səlimzadə kimdənsə 20.000 pul alıb və indi geri qaytara bilmir, birisini bələdiyyə sədri təyin elətdirir və digərlərini də razı salmaq üçün başqa oyunlara əl atır.
İcra başçısı Mehdi Səlimzadə Göyçayda pula gedəsi nə varsa satıb. İndi vətəndaşların şəxsi əmlakına girişib.
Zamanında Mehdi Səlimzadənin qanunsuz əməllərinə yeganə olaraq mən etiraz etmişəm. İndi Rəşad Şükürovu, Cavid Rəhimovu və ayrı bir neçə şəxi göndərərək traktor vasitəsilə hasarımı sökdürür. Əgər qonşular olmasa idi, onları daş-qalaq etməsəydilər, hasarı bütövlükdə sökəcəkdilər. Rəşad Şükürov deyir ki, Mehdi Səlimzadənin göstərişidir, həyətindən 3,5 sot ayır ver, adam var ona verəcəyik. Bu nə özbaşınalıqdır? Gunün-günor ta vaxtı quldurluqla məşğul olmaq olar? Mən bir neçə dəfə Rəşad Şükürova demişəm ki, zibil pulunu yığıb, hamısını Mehdi Səlimzadəyə vermə, zibil qutuları almağa pul saxla. Hətta iclasların birində Loğman müəllim icra başçısının üzünə dedi ki, Mehdi müəllim mən hər ay sizə pul verirəm. İndi icra başçısı nə fikirləşibsə məndən qisas almaq eşqinə düşüb. Buna görə mənim əmlakıma soxulmaq istəyir.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
//azinfo.tv//




Geri qayıt