Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Növbəti islahatlar və həbslər dalğası gözlənilir...

Növbəti islahatlar və həbslər dalğası gözlənilir...


9-09-2021, 12:15
Növbəti islahatlar və həbslər dalğası gözlənilir...
Bir müddət əvvəl korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində bir çox məmurların, icra başçılarının və onların köməkçilərinin həbsləri baş tutdu. Dövlətin, xalqın pulu yeyənlərin cəzalarını almaları vətəndaşlar tərəfindən də müsbət qarşılandı və insanlarda daha gözəl dövlətin qurulmasına inam yaratdı. Lakin nədənsə, bu proses get-gedə ləngiməyə başladı. Səbəbi isə sual olaraq qalır. Görəsən bu proseslərin dayandırılmasına səbəb nədir? Qarşıda yenidən islahatların, həbslərin baş tutması gözlənilirmi?
İslahatlara dəstək mərkəzinin məbtuat xidmətinin rəhbəri Lalə Mustafayeva Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, qarşıda mütləq şəkildə həbslərin olacağı proqnozlaşdırılır.

“Bildiyiniz kimi dövlət başçısı bütün sahələrdə islahatlara start verib və bu islahatları dəstəkləyən də Birinci vitse-prezident Mehriban Əliyevadır. Bizim təşkilat islahatlara dəstək mərkəzi olaraq, regionlarda insanlarımızın arasında monitorinqlər aparır, sorğular keçirdirik. Sorğularımız, hansı istiqamətlərdə islahatların ləngidilməsi, kimlərin ləngitməsi, hansı dövlət qurumlarının vətəndaşları incitməsi, harada korrupsiya hallarının olması ilə bağlı olur. Daha sonra isə həmin nəticələri icmailəşdiririk.

Dövlətin əvvəllər keçirdiyi islahatlarla əlaqədar olaraq, insanlar arasında narazılıqlar yaranırdı ki, belə islahat olmaz. Niyə poçtalyonu, kənd məktəbinin müəllimini tutdular? Amma getdikcə islahatlar daha da genişləndi, dərinləşdi və əhatələndi. Artıq icra başçıları, DTX generalları, Müdafiə Nazirliyinin rütbəli generalı, nazirlər, nazir müavinləri həbs olunur. Hazırda bir neçə dövlət qurumlarında da yoxlamalar getməkdədir. Hətta bir müddət əvvəl Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı bildirdi ki, altı ay ərzində 60 milyondan çox dövlətə vurulan ziyan ödənilib. Əminəm ki, ilin axırında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı açıqlama verəcək və 60 milyondan daha çox rəqəmin dövlət büdcəsinə qaytarıldığını elan edəcək.

Lalə Mustafayevanın sözlərinə görə, həbslərin olması yaxşıdır, amma korrupsiyanı tək həbslərlə yox etmək olmur.

“Digər texnologiyalar da dövriyyəyə buraxılmalıdır. Məsələn, ASAN xidmətin istifadəyə verilməsi kifayət qədər uğurlu proyektdir.

Vətəndaşlarla məmurlar arasında təmas da azalmalıdır. Bəzi dövlət idarələri var ki, bir-birinin işini təkrar edir. Həmin qurumların birləşdirilməsi də gündəmdədir.

Həbslər olarkən hüquqi baza olmalıdır. Çünki sapı özümüzdən olan, içimizdə və ya Avropada oturan bəzi insanlar sonra Azərbaycan Dövlətini günahlandırmasınlar. Buna görə də əminəm ki, Respublika Prokurorluğu, DTX rəhbərliyi bunu anlayır və zərgər dəqiqliyi ilə bu məsələləri həyata keçirdir.

Bütün bu sahələrdə aparılan islahatlar daha da davamlı, əhatəli olacaq. Ortada dövlətin siyasi iradəsi var. Bu da korrupsiyanın ən minumuma endirilməsi deməkdir.

Fərq etməz vəzifədədir və ya haçansa işdən çıxıb. Mütləq şəkildə həbslərin gözlənilməsi proqnozlaşdırılır”,- deyə bildirib.


Geri qayıt