Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...

30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...


21-09-2021, 12:49
30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...
DİA.AZ: - Az əvvəl rəsmi şəkildə yayılan məlumatlardan aydın oldu ki, “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

DİA.AZ bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.
Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.

DİA.AZ bildirir ki, FED.AZ saytı da "Azərxalça" ASC-nin 2018-ci ildən bəri tender ortaqları ilə bağlı məlumatları açıqlayıb.

Məlumatda deyilir ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti 2018-ci ildən indiyədək 61 şirkətlə müxtəlif xidmətlərin və malların satın alınması üzrə müqavilələr bağlayıb.

Qeyd edək ki, bu müqavilələrin ümumi məbləği 5 milyon 538 min 653 manat təşkil edib. Ən böyük məbləğdə müqavilə isə "UĞUR TİKİNTİ MMC ilə 2 milyon 272 min 186 manat dəyərində bağlanan müqavilə olub.

30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...
30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...
30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...
30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...
30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...
30 milyonluq əmlakına həbs qoyulan sabiq "Azərxalça" şefinin TENDER ORTAQLARI...

Hər halda bu faktların istintaq tərəfindən ciddi şəkildə araşdırıldığı şübhə doğurmur... Ən azından buna ümid edirik...


Geri qayıt