Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Həkimlərdən vəzifəsindən asılı olaraq hər ay pul yığılır..."

"Həkimlərdən vəzifəsindən asılı olaraq hər ay pul yığılır..."


23-09-2021, 11:47
"Həkimlərdən vəzifəsindən asılı olaraq hər ay pul yığılır..."
12 saylı Uşaq Poliklinikasında qanunsuzluqların sayı günü-gündən artır. Adının çəkilməsini istəməyən poliklinika əməkdaşı bunu aktualxeber.az-ın əməkdaşına bildirib. O, bildirir ki, poliklinikanın baş həkimi dövlət tərəfindən ayrılan inventarları mənimsəyir, saxta əlilliklərin düzəldilməsini təşkil edir, xəstələrə ayrılan dərmanları mənimsəyir, əlavə iş saatı yazıb pulunu özü alır, poliklinikada xeyli sayda adamın adı işçi kimi qeyd olunub, lakin həmin işçilər işə çıxmır. Buna baxmayaraq, maaş alırlar” – deyə poliklinika işçisi bildirib. Onun sözlərinə görə, baş həkimin bu əməllərinə göz yumulur. Həkimlərdən vəzifəsindən asılı olaraq hər ay pul yığır. Bundan əlavə, ildə bir dəfə təmir adı altında həkimlərdən 100 manat, tibb bacılarından 50 manat pul toplayır. Lakin heç bir təmirdən söhbət gedə bilməz. Bütün bunlara etiraz edən həkimləri işdən azad etmək ilə hədələyir”- deyə işçi əlavə etdi. Bundan əlavə poliklinakada gedən vaksinasiya prosesində tam anarxiya hökm sürür. Belə ki, 200-300 manat müqabilində vaksin vurdurmayan insanlara Covid-19 pasportunu satan işçilərə və poliklinkada koronavirusa yoluxmuş xəstələri müalicə edən həkimlərə aldığı haqq müqabilində şərait yaradan da elə baş həkimdir. Orada olan əməkdaşımız eyni zamanda işçilərin maskadan istifadə etmədiyinin də şahidi olublar. Ümid edirik ki, bu yazımızdan sonra əlaqədar orqanlar hərəkətə keçərək günahkarları cəzalandıracaqlar.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
//aktualxeber.az//




Geri qayıt