Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Neptun" hansı QANUNLARLA İŞLƏYİR?
"Neptun" hansı QANUNLARLA İŞLƏYİR?7-10-2021, 12:10 |
“Neptun” marketlər şəbəkəsi Azərbaycanda yaradılan ilk ticarət şəbəkələrindən biridir. Təəssüf ki, fəaliyyət göstərdiyi ilk günlərdən bu ticarət şəbəkəsində problemlər yaşanır. Uzunçuluğa varmadan qeyd edək ki, alıcılar bu ticarət şəbəkəsində qiymətlərin sürüşdürülməsindən, rəflərdə və kassada qiymətlərin fərqli olmasından həmişə şikayət edirlər. Bəhanə də bu olur ki, guya marketə daxil olan azyaşlılar qiymət kağızlarını götürürlər. Vallah bundan gülməli bəhanə ola bilməz. Bəs “Neptun”un sahibləri qiymətlərin süni şişirdilməsinə nə deyirlər ? Bəlkə bunu da azyazşlı uşaqlar edir ? Müştərilərə qarşı hörmətsizlik, satıcıların üzlərindən sanki zəhrimar yağması, vəzifələrini normal yerinə yetirməməsi, alıcı sual verdikdə mızıldanaraq cavab vermələrinin səbəbi görəsən nədir ? Marketdə paketləri alıcının üsərinə atırlar ki, özünüz yığın, yaxud çekləri ləngidərək verirlər və s. Yaxşı, bütün bunları subyektiv hal kimi başa düşdük. Marketin mağazalarında qiymətlərin süni şişirdilməsi adi hal alıb. Axı, ölkə başçısı dəfələrlə qeyd edib ki, ölkədə süni şişirdilmiş qiymətlər var. Bu reallıqdır. Dəfələrlə Neptun-da apırılan monitorinqlər sübut edib ki, həqiqətən də kassa ilə rəfdəki qiymətlər fərqlidir. Neptun-un sahibləri açıqlama verir ki, qiymətləri dəyişmək yadımızdan çıxır. Əgər həqiqətən belədirsə, bircə dəfə də qiymətləri aşağı edin də…yəni qiymət kassadakı qiymətdən yuxarı olsun də, yəni kassada qiymət aşağı olsun. Bir sözlə, Neptun marketlər şəbəkəsində istehlakçının aldadılması və istehlakçı hüquqlarının pozulması adi hal alıb. Bütün bunlar azmış kimi, Neptun-da satılan ərzaq məhsullarının üzərində milçəklərin qaynaşması da müşahidə olunur. Hələ Neptun-da satılan bulkalardan mıx-mismar çıxması barədə də dəfələrlə mətbuatda yazılıb. Biz hələ bu ticarət şəbəkəsinin adının iş adamı Rza Zərrabla birgə hallandırılmasına da toxunmaq istəmirik. Bütün bunlar ortada ola-ola nə İqtisadiyyat nazirliyi, nə Qida Təhlükəsilik Agentliyi, nə də Vergilər Xidməti “Neptun”la bağlı heç bir tədbir görmür. Görünür, “Neptun” marketlər şəbəkəsinin sahibi olan Müseyib-Sahib- Rahib Bağırov qardaşlarının dayaqları möhkəmdir. Məlumat üçün qeyd edək ki, “Soliton Group və Neptun” şirkətinin rəsmi sahibi Müseyib Bağırovdur. Görəsən Bağırov qardaşları kasıb təbəqəni niyə bu qədər incidirlər ? Axı, onların özləri də kasıb təbəqədən çıxıblar. Obyektivlik naminə qeyd edək ki, əvvəllər Naxçıvan camaatı arasında bu qardaşların əməlli-başlı hörməti var idi. Ancaq qardaşların yaxın qohumu olan Gəncəli İsmayılovun əməlləri Bağırov qardaşlarının da üzərinə kölgə salır. Gəncəli İsmayılov ətrafında şalışan adamlara sözün həqiqi mənasında qan uddurur. Hansı ki, yaxın dostlarının bizə dediyinə görə, Gəncəli özü də imkansız ailədən olub və vaxtilə Naxçıvanda üzərlik qabı satmaqla məşğul olub. Növbəti yazıda Sadıqov Rasim Ramazan oğlu adlı şəxsin 101 min manat “yüklənməsindən”, şirkətin vergi borclarından, Gəncəli İsmayılovun güclü şahmatçı olmasından, satıcı katibə ilə macəralarından, qaynanasının ofisdəki həngamələrindən və digər hallardan bəhs edəcəyik. Bizi izləyin. //gundelik-baku.com// Geri qayıt |