Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Həbsdəki MTN generallarını qoruyan gizli qüvvələr kimlərdir?

Həbsdəki MTN generallarını qoruyan gizli qüvvələr kimlərdir?


14-10-2021, 11:49
Həbsdəki MTN generallarını qoruyan gizli qüvvələr kimlərdir?
Ləğv edilmiş MTN-nin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər ki, ayrı-ayrı idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov da generallarla birlikdə mühakimə olunur.

Bu gün baş tutan prosesdə jurnalistlər məhkəmə zalına buraxılmayıb. Heç bir səbəb göstərilməyib. Amma ötən proses məhkəmənin qapalı olduğu deyilirdi. Lakin qapalı prosesə təqsirləndirilən şəxslərin yaxınları da buraxılmamalıdır. Heç bir izah verməyən məhkəmə heyəti prosesin "qapalı" olduğunu deməklə kifayətlənib.

Xatırladaq ki, MTN-in digər generalı Mövlam Şıxəliyevin də məhkəmə prosesinə jurnalistlər buraxılmamışdı.

Maraqlıdır ki, Akif Çovdarov və digərlərinin işindən fərqli olaraq hakimlər bu dəfəki təqsirləndirilən şəxsləri ciddi şəkildə himayə edir, proseslərin qapalı olmasını istəyirlər. Sanki gizli bir əl MTN generallarını qoruyur.

Bildirək ki, Nizami Şirinov da Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. Nizami Şirinov daha öncə də MTN-də, sonradan idarə rəisi olduğu şöbənin tərkibində çalışıb. Lakin 1997-ci ildə işində yol verdiyi nöqsanlara görə MTN-dən uzaqlaşdırılıb.

Buna baxmayaraq, Eldar Mahmudov onu 2004-cü ildə MTN-ə qaytarıb və bu dəfə yüksək vəzifə verib. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.

Nizami Şirinovun adı mətbuatda daha çox rüşvət qalmaqallarında çəkilir. Yayılan iddialara görə, o, hər çağırış vaxtı yüksək məbləğdə rüşvət alaraq əsgərləri MTN-in hərbi hissələrinə hərbi xidmətə qəbul edirmiş. Məlumata görə, bu məbləğ 10-40 min manat arası dəyişib.

Bundan başqa, vaxtilə MTN-də çalışan bir sıra savadlı kadrların, zabitlərin də işdən əsassız yerə uzaqlaşdırılmalarına görə Nizami Şirinovu təqsirli bilirlər. Mətbuatda yayılan şikayət ərizlərində bildirilir ki, həmin zabitlər N.Şirinovun rüşvət tələblərinə cavab vermədikləri üçün işdən kənarlaşdırılıblar.

Qeyd edək ki, Nizami Şirinovun özü də 2015-ci ildə MTN-lə vidalaşmalı olub. Onun işdən uzaqlaşdırılması ilə bağlı həmin vaxt MTN-nin birinci müavini olan Mədət Quliyev əmr imzalayıb. N.Şirinovun yerinə isə Hafiz Musayev gətirilib.



Geri qayıt