Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Artıq 1 ildir ki, vəziyyətin ağırlığından kirayə haqqını verə bilmirəm..."
"Artıq 1 ildir ki, vəziyyətin ağırlığından kirayə haqqını verə bilmirəm..."4-11-2021, 10:47 |
DİA.AZ: - Fizuli rayonun Aşağı Veysəlli kəndindən məcburi köçkün, hazırda Beyləqan rayonunda qeydiyyatda olan və Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə, 19-cu keçiddə yaşayan Bəylərov Rasim Baratəli oğlu ölkə rəhbərliyinə şikayət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Çox hörmətli cənab Prezident İlham Əliyev, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva və H.Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva! Sizin daima bizim kimi şəhid ailələri və məcburi köçkünlərin məişət problemlərini diqqətdə saxlamağınız, tez tez görüşlər keçirməyiniz və yardımçı olmağınız bizləri ruhlandırır ki, tezliklə azad edilmiş dədə-baba ocağımıza qayıdaq. Ali Baş komandan kimi Sizin əmrinizlə şanlı Ordumuz torpaqlarımızı tez bir zamanda düşməndən azad etdi. Bir daha xatırladım ki, 1993-cü ilin payızında ailəmin yaşadığı Fizuli rayonun Veysəlli kəndinə erməni hücumları nəticəsində hamılıqla kənddən çıxarılaraq Beyləqan rayonunda məskunlaşmıq.Ermənilərin evimizə atdığı top mərmisindən yoldaşım Sevda qolundan ağır yaralanmış, uzun müddət sarsıntı keçirmişdir(O vaxtdan biz 4 nəfər ailə üzvlərimlə birlikdə.) 1993-cü ildən bir idarə binasının 1 otaqlı darısqal yerində uzun müddət yaşamışıq. Belə dözülməz şəraiti olan yerdə arvadım Sevdada nevroloji xəstəlik aşkarlandı. Sonradan 2-ci qrup əlil oldu. Bu günədək onun müalicəsini etdirirəm. Oğlum Bəylərov Baratəlini fəhləlikdən ordi sıralarına xidmətə yola saldım. Və qara günlərim bundan sonra başladı. 3 aydan sonra öyrəndim ki, oğlum ağır talasemiya xəstəsi imiş Və onu bu xəstəliyinə görə tərxis etdilər. Mən ailəmdə olan hər iki üzvünü ciddi xəstəliklərinin müalicəsi üçün 2010-cu ildən Bakıya köçüb kirayədə yaşamağa məcbur oldum. Təkbaşına onları müalicə etdirirəm. Artıq 1 ildir ki, vəziyyətin ağırlığından kirayə haqqını verə bilmirəm. Çünki indiyəcən Beyləqan qaçqınkomun sədri Əzimov Allahverdi ayrıseçkilik edərək mənim kimi kasıba ev verməmişdir. 10 ildir ki, mən Beyləqan rayonundan iki xəstə ilə çıxmışam. Həkimlər həyat yoldaşım Sevda Bəylərovanın sağlamlıq vəziyyətini 15 il əvvəl dəyərləndirərərk onun ağır nevroloji xəstə olmasını təsdiq etmiş və 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Hazırda da müalicəsini davam etdiririr. Sənədlərimi əlilliyin müəyyən edilməsi üçün ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Fizuli Regional Şöbsinə 2020-ci ilin payızında təkrar növbbəti 5 il üçün əlilliyin təyin edilməsi üçün təqdim etmişdim.Əvvəlcə bildirdilər ki, Sənin yoldaşının əlilliyinin təyin edilməsi üçün bir də əziyyət çəkib Nazirliyə getməyinə heç bir ehtiyac yoxdur. Sənə ƏƏSSMN-nin buradakı şöbəsinin komissiysı baxıb forma 88 göndərişi verəcəklər. Mən də dəflərlə bu həkim komissiysına müraciətlər etsəm də məni hər bəhanə ilə yola salırdılar. Aylarla məni süründürdülər. Mən başa düşdüm ki, bu həkim dəstəsinə pul verməsəm işim düzələn deyil. Ona görə məcbur olub bu tiplərə hörmət etdim ki, bəlkə insafa gəlib forma 88 yazıb təsdiq üçün Bakıya göndərsinlər. Xeyri olmadı. Nəhayət, yüksək səviyyədə tapşırıqlardan sonra onlar bezib mənim əlilliyim təyin olunması üçün forma 88-i Nazirliyə apreldə göndərdilər. Və bu ayın əvvəlində ƏƏSMN-dən elektron formada belə bir cavab aldım ki, “Əlillik vəziyyətiniz baxılması mərhələsindədir.”İndi bizə məlum deyil ki, neçə aylar və illərdən sonra Nazirlik cavab göndərərcək Ya təsdiq edəcək, ya da imtina edəcək.Amma Nazirlik rəhbərlərinin diqqətinə onu çatdırmaq istəyirəm ki, 2020-ci ilin noyabr ayından yoldaşımın əlillik pensiyası dayandırılıb.11-ci aydır ki, mən tələb olunan təcili dərmanları alıb xəstəyə verə bilmirəm. Nəticədə onun sağlamlıq vəziyyəti günü gündən pisləir. Bir daha xaırlaım ki, 1993-cü ildə müharibə vaxtı kəndimizə edilən hücum nəticəsində atılan mərmilərin qəlpələri əlil yoldaşım Sevdanın sol qolunu ciddi yaralamışdır. Doğrudur, bir müddət sonra sağalsa da, aldığı ciddi sarsıntılardan ürəyində və psixikasında problemlər yarandı. Budur, ƏSMN-nin Tibbi Sosial-ekspertiza Agentliyinin 16 avqust 2021-ci il tarixli cavab məktubundan bəlli olur ki, 0230003AALY6 n-li g öndəriş əsasında 05 iyun 2021-ci il tarixdə yoldaşımın Əlilliyinin qiymətləndirilməsi zamanı onun əlavə yenə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir”.Səbəb də göstərilir ki, stasionar müalicə müddəti yetərli olmayıbmış.Bu qiymətləndirmədən sonra mən yoldaşımı Fizuli Xəstəxanasına aparıb iyul-avqust və sentyabr aylarında stsasionar müalicəsini yenə davam etdirdim. Lakin bütün bunlara baxmayaraq həkim komissiyası yeni göndərişi vermək istəmr. Komissiyadan bunun səbəbini soruşduqda isə hamısı cavab vermək əvəzinəbalıq kimi susmağaüstünlük verirlər. Heç bir həkim fakt qarşısında bir söz deyə bilmir. Çünki deməyə söz tapabilmirlər Və onuda deyə bilmrlər ki, ə kişi pulunu ver işini düzəldək. Bu rüsvayçılıqdır. Son 10 ayda xəstə yoldaşımı rayona gedib gəlməyə stasionar müalicələrini davam etdirmək üçün 1500 manat xərcim çıxıbdır. Amma nə faydası. Ona görə də son ümid yeri kmi Cənab Prezident Sizdən çox xahiş edirəm ki, hazırkı iki ağır xəstə ailə üzvümlə qaldığım çarəsiz durumu nəzrə alaraq, əlilliyin qiymətləndirilməsi prosedurunun düzgün aparılması üçün ailəmizin əlillik problemini şəxsi nəzarətə götürüb həll olunmasına göstəriş verəsiniz". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |