Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Ziraat Bank” Azərbaycanda nə əkir, nə biçir...
“Ziraat Bank” Azərbaycanda nə əkir, nə biçir...16-11-2021, 11:46 |
“Ziraat Bank”ın çirkli pulların yuyulmasında iştirakı, bankın şübhəli “siyasi fəaliyyəti” və digər əməlləri barədə kifayət qədər yazmışıq. Bu yazıda ilk dəfədir ki, “Ziraat Bank”ın məhkəmələrdən TƏZYİQ vasitəsi kimi istifadə etməsi ilə bağlı mövzuya toxunacağıq. Qısa xatırlatma üçün qeyd edək ki, ölkəmizdə 70 illik sovet dönəmində özəl banklardan danışmaq absurd olardı. Ancaq 1991-ci ildən, yəni müstəqillik dönəmindən başlayaraq ölkəmizdə həm yerli özəl banklar, həm də xarici banklar fəaliyyətə başlayıb. Belə banklardan biri də “Ziraat Bank”dır. Təsəvvür edirsiniz, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir. “Ziraət” türk dilində əkinçilik mənasını verir. İndi görək, “Ziraat Bank” Azərbaycanda nə əkir, nə biçir, nələri qarışdırır ? Məlumat üçün qeyd edək ki, uzun müddət “Ziraat Bank”ın rəhbəri Avni Dəmirçi olub. Əslində bu gün də banka “patron”luq edən şəxs Avni Dəmirçidir. Sadəcə, bir müddət əvvəl Avni Dəmirçi rotasiyanı əsas gətirərək öz vəzifəsini başqa şəxsə ötürdü. Ancaq məlum idi ki, Avni Dəmirçi öz “əkdiklərinin” nəticəsini hiss etdiyi üçün, izi itirmək, həm də özünü sığortalamaq üçün guya ki, kənara çəkilib. Əslində Avni Dəmirçi Azərbaycanda bank rəhbəri olmaqdan çox özünü Türkiyə düşməni, Amerika yanlısı Fətullah Gülənin ölkəmizdəki nümayəndəsi kimi aparır. Bu adam başa düşmür ki, Azərbaycan xalqı və rəhbərliyi Türkiyənin dostunu öz dostu, düşmənini isə düşməni hesab edir. Qardaş Türkiyənin 44 günlük müharibədə xalqımıza köməyi, sayın cənab Tayyib Ərdoğanın dəstəyi tariximizə qızıl hərflərlə yazıldı. Belə olan halda Türkiyə düşməni Fətullah Gülən necə gəlib masamızın başında otura bilər ? Təsəvvür edirsiniz, “Ziraat Bank” və Avni Dəmirçi Bakıda oturub Türkiyədə yaşayan Türkiyə vətəndaşını məhkəməyə verir, Azərbaycan məhkəmələri vasitəsilə türk qardaşımızı cəzalandırmaq istəyir. Görəsən, Avni Dəmirçi Azərbaycan məhkəmələrini nə hesab edir ? Doğrudanmı, Avni Dəmirçi Azərbaycan məhkəmələrini belə “ucuz” hesab edir ? Bu adam vətəndaşı olduğu Türkiyəyə belə münasibət bəsləyirsə, görün Azərbaycan vətəndaşlarına necə münasibət bəsləyə bilər ? Bəli, bu adamda Türkiyəyə nifrət var. Hətta Türkiyə dövlətinin ölkəmizdə fəaliyyət göstərən səfirliyinin tədbirlərinə qatılmır, sayqısızlıq göstərir və s… Azad olunmuş Şuşada isə filial açmaq istəyir. Adamdan soruşarlar ki, doğulduğun Türkiyəyə düşmən münasibətin olduğu halda, Şuşaya sevgin haradandır ? Türkiyə səfriliyinin rəsmi tədbirlərini “baykot” edən bu adam necə olur ki, Sumqayıt şəhərində radikal saqqallıların iclaslarında məmuniyyətlə iştirak edir, Fətulla Gülənə təriflər yağdırır. Hətta Fətullahın adamı İstanbulda bələdiyyə başqanı seçiləndə Avni Dəmirçi Bakıda toy-bayram edib. Sözün düzü, Fətullah Gülənə məxsus Qafqaz universiteti bağlananda cəmiyyətimiz düşündü ki, tezliklə bu düşmən ünsürlərin ayağı Azərbaycandan çəkiləcək. Amma xeyli sayda FETÖ-çü mühüm vəzifələrdən qovulsalar da, Avni Dəmirçi kimi bəziləri hələ də ölkəmizdə əl-ayağa dolaşır, hətta məhkəmələrdə iddia qaldırırlar, medianı susdurmaq istəyirlər. Atalar demişkən, OĞRU elə bağırdı ki… Məlumdur ki, Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğluna məxsus Xəzər TV Fətullah Gülənə məxsus idi, sadəcə Əli Həsənov “kurator”luq edirdi. Və Avni Dəmirçi Fətullah Gülənin göndərdiyi paraları banklara, tv-lərə yatırırdı. Vaxtilə Azərbaycanda fəaliyyət göstərən İrana məxsus “Royalbank”ın rəhbəri Əli Cam da Avni Dəmirçi kimi oyunlar oynayırdı, suları bulandırırdı. Və nəticədə bankın lisenziyası ləğv edildi, vergidən yayınmağa görə cinayət işi açıldı. Düzdür, bankın sahibi Əli Cam bir müddət xarici ölkələrdə gizlənə bildi. Amma sonda ölkəyə gətirilərək cəzasını aldı. Bəli, eyni aqibət Avni Dəmirçini gözləyir. Yəqin ki, onda Avni Dəmirçinin Əli Həsənovla əməkdaşlığı da üzə çıxacaq. P.S Avni Dəmirçi vaxtilə özü kimilərini üstümüzə minnətçi göndərdi, cibləri də dolu. Biz isə onları eşitmədik, çünki bizim üçün ən önəmlisi dövlətimiz, millətimiz, dövlətçiliyimiz və ən əsası milli qürurumuzdur. Hansısa gədə-güdənin 5-10 manatına mirzəlik edənlərə deyirəm ki, başınıza papaq qoyun gəzin özünüzü pula satmayın. //gundelik-baku.com// Geri qayıt |