Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rektor Universitetdə QAZ VURUB QAZAN DOLDURUR...

Rektor Universitetdə QAZ VURUB QAZAN DOLDURUR...


8-12-2021, 11:09
Rektor Universitetdə QAZ VURUB QAZAN DOLDURUR...
Azərbaycan Texniki Universitetinin rektoru, adı ictimaiyyətə o qədər də tanış olmayan Vilayət Vəliyevin qəribə işgüzarlığı, unikal biznes ideyaları ilə fərqlənir. Reportyor.info-ya verilən xəbərə görə, rektorun biznes fəaliyyətində qeyri-adiliyi davam edir. V. Vəliyevin pedaqoji işini kənara qoyaraq ATU-da taksi xidməti açdığı məlumat verilir. Universitetin həyətində açılan taksi şirkəti rektora aiddir. Bildirilir ki, V. Vəliyev müəllimləri hansısa taksi firmasına zəng edərək sifariş verməyə qoymur, özünün taksi xidmətindən istifadəyə məcbur edir. Universitetin həyətində olan rektora aid taksilərə sifariş verməklə istənilən ünvana getmək olar. Həmçinin, rektorun avtoyuma məntəqəsi də açılıb. Vəliyevin heç kimin ağlına gəlməyən və digər rektorların etmədiyi bu biznes sahələri həqiqətən də heyrət doğurmaya bilmir. Əldə etdiyimiz bilgiyə görə, ATU rektoru ali məktəbin içində də restoran biznesi qurub. Əvvəllər təhsil ocağında yalnız bir yeməkxana var idisə, indi hər mərtəbədə bir kafe-bufet fəaliyyət göstərdiyi deyilir. Yəni təhsil müəssisəsi az qala şadlıq evinə çevrilib. Əgər gələcəkdə rektor burada gözəllik salonu, market açsa təəccüb doğurmaz. Ancaq nədənsə Vəliyevin ağlına bizneslə bağlı ideyalar gəlir. Onun ali məktəbdə təhsilin keyfiyyətini artırmaq, müəllimlərin dərs saatı ilə bağlı addım atmaq, onların problemləri ilə maraqlanmaq, kollektivdən lüzumsuz tələblər irəli sürməyi dayandırmaq hələ ki ağlına gəlmir.


Geri qayıt