Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Üç icra başçısı ilə bağlı QƏRAR HAZIRDIR...

Üç icra başçısı ilə bağlı QƏRAR HAZIRDIR...


13-12-2021, 10:29
Üç icra başçısı ilə bağlı QƏRAR HAZIRDIR...
DİA.AZ: - Üç rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar hazırdır. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, yeni ilin ilk günlərindən etibarən RİH rəhbərləri əlaqədar yeni ələmə dalğasına start veriləcək və ilk hədəflər sırasında məhz bu üç icra başçısının adı var.

Mənbənin dia-az.life-a söylədikləri: "Söhbət Yardımlı, Astara və Qusar rayonlarının başçılarından gedir. Hər üçü yetərincə narazılıq yaradan, şikayətlərə səbəb olan icra başçısı kimi bu günə qədər hətta rəsmi dairələrin dili ilə də ifadə olunublar".

Mənbə dia-az.life-a bildirir ki, yeni ildən start götürəcək prosesdə köhnədən qalan heyətin əksəriyyətinə "əlvida" deyiləcək".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt