Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ali Məhkəmə hakimləri kassasiya şikayətini oxumurlar?!

Ali Məhkəmə hakimləri kassasiya şikayətini oxumurlar?!


15-12-2021, 11:53
Ali Məhkəmə hakimləri kassasiya şikayətini oxumurlar?!
DİA.AZ: - "Məhkəmə qərarlarının aylarla, illərlə verilməməsi ciddi qanun pozuntusu olsa da, hələ də məhkəmə hüquq sistemində adi iş normasıdır. Hətta tələb edəndə də, verilməsindən çeşidli bəhanələrlə imtina edilir. Bu bəhanələrdən hazırda ən öndə gedəni və populyarı “qərarın şikayətdə göstərilən ünvana göndərilməsi” (və “köçüb” qeydi ilə geri qaytarılması”) barədə uydurmadır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "İşin içindən soraqsız olanlar burada hansı uydurmanın olmasına şübhə ilə yanaşa bilərlər. “Skeptik”lərin və məhkəmələrin diqqətinə çatdıraq ki, birincisi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 134-cü maddəsinə görə, məhkəmə sənədləri rəsmi qaydada verilməlidir. İkincisi, MPM-in 135-ci maddəsi tələb edir ki, məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılsın və qəbzin kötüyünə imza etdirməklə şəxsən verilsin. Ən başlıcası, məhkəmə sənədi işdə iştirak edən şəxslərin göstərdikləri ünvana göndərilməlidir, məhkəmənin hansısa bəlirsiz ünvan “seçməsi” dələduzluqdan və saxtalıqdan özgə bir şey deyil.

Dünən soraq tutdum ki, ƏƏSMN -ə qarşı iddiam üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasında işə yazılı icraat qaydasında baxılması 2 gün sonraya 17.12.2021-ci ilə təyin olunub. Bu necə ola bilər, kassasiya şikayəti verən şəxsi işə baxılması barədə xəbərdar etmirlər? Anında Ali Məhkəmənin elektron ünvanına hakim heyətinə etirazımı yazdım. “Ədalət” adına, cavab da özünü tez göstərdi, 4931168 nömrəsindən mobil nömrəmə zəng edən xanım ənənəvi “işdə olan ünvana bildiriş göndərildiyini və geri qayıtdığını” vurğuladı. Belə çıxır, aşağı instansiyaları bir qırağa qoyaq, Ali Məhkəmədə də hakimlər şikayəti oxumur, işlə tanış olmurlar, elə hansısa rayon məhkəməsinin saxta qərardadını dəyişmədən olduğu kimi köçürüb insan hüquqlarının pozulmasına qiymət verirlər. Axı, şikayətdə şəxsin ünvanı göstərilir və ünvan qeyd edilməsə, bu nöqsanın aradan qaldırılmasına məhkəmə yardım etməlidir. Bütün bunlar açıq şəkildə Ali Məhkəmənin şikayətlə yaxından -uzağa tanış olmadığını ortaya qoyur. Şikayət oxunsa, tanışlıq olsa idi, kassasiya şikayəti verən şəxsin ünvanı düzgün vurğulanardı. Ali Məhkəmədən zəng edib isə “baxacaq” hansısa hakimin köməkçisi olduğunu deyən xanımın israrla ünvanı dəqiqləşdirməsi də saxtalıqdır. Zatən, ünvan kassasiya şikayətində vurğulanıb , sadəcə məhkəmənin şikayəti oxuması yetər.

Onu da vurğulayaq ki, Səyyad Kərimovun sədri olduğu heyət artıq 70 gündür Şəki İnzibati-İqtisadi Məhkəməsinin adından çıxardığı 06.10.2021 tarixli qərarını verməkdən imtina edir. Yəqin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin kommentariyasi”nı kitaba salan yeni hakim 09.07.2021-ci il tarixli qanunla İPM-ə yeni əlavə olunan 96.4 maddəsindən “qutab” sənayesində” yararlanmaq fikrindədir. Yoxsa, niyə yazılı icraat qaydasında baxılmalı olan işə, guya, şifahi dinləmələrlə baxıb? ! Bəlkə, məhkəmə HÜQUQUN İNKİŞAFININ VƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNİN VAHİDLİYİNİN TƏMİN EDİLMƏSİ üçün ƏHƏMİYYƏTLİ HESAB ETDİYİNDƏN işə MƏHKƏMƏ İCLASINDA BAXILMASI HAQQINDA QƏRARDAD QƏBUL EDİB? Axı, belə qərardad da qəbul edilməyib, edilsəydi, bu barədə proses iştirakçılarına məlumat verilməli idi.

Səyyad Kərimov, sizi and verirəm, “müqəddəs” saydığınız , Azərbaycan bayrağı önündə and içdiyiniz Şəki İnzibati-İqtisadi məhkəməsinin saxta qərardadına, 06.10.2021-ci il tarixli qərarı verin! Sonra kommentariyanıza nəsə əlavə edərsiniz. Digər hakimlərdən diləyim və tələbim odur ki, arada imkan tapanda şikayətin heç olmasa, başlığını oxusunlar. Yoxsa, avazınız yaxşı gəlir, oxuduğunuz şikayət olsa. .."

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt