Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > 2022-ci il FUAD MURADOV ÜÇÜN DÜŞƏRLİ OLMAYA BİLƏR
2022-ci il FUAD MURADOV ÜÇÜN DÜŞƏRLİ OLMAYA BİLƏR16-12-2021, 12:12 |
DİA.AZ: - Son günlər hakimiyyət daxilində bəzi islahatların aparılacağı haqda informasiyalar dolaşmaqdadır. Yerli KİV-də ilk əvvəl bütün RİH və ŞİH-lərin ləğv ediləcəyi, icra hakimiyyətlərinin yerində regional idarəetmə sisteminin yaradılacağı iddia olundu. Ardından isə bu prosesin yaxın gündəmdə olmadığı deyildi. DİA.AZ-a bununla əlaqədar yeni informasiyalar daxil olub. Hökumətdəki mötəbər mənbə iddia edir ki, gələn ildən rəsmi Bakı bir sıra dəyişikliklərə gedəcək: “Söhbət kadr islahatlarından daha çox struktur islahatlarından gedir. Ola bilsin ki, hazırda vəzifə tutanh şəxslər yeni postlara gətirilsin. Amma hazırda mövcud olan bir sıra qurumların ləğvi müzakirə olunur”. Xatırladaq ki, buna qədər də qosqoca nazirliklər və dövlət komitələri ləğv edilmişdi. Mənbə dia-az.life-a bildirir ki, ləğvi gözlənilən dövlət komitələrindən biri də Diasporalarla İş üzrə Dövlət Komitəsidir. Qeyd edək ki, bu komitəyə Fuad Muradov rəhbərlik edir. Mənbə iddia edir ki, sözügedən dövlət komitəsinin XİN-ə birləşdirilməsi, XİN tərkibində bir idarə kimi fəaliyyəti nəzərdə tutulur. Yeni idarəyə kimin rəhbərlik edəcəyi isə məlum deyil. Fuad Muradovun şanslarına gəlincə, mənbə ona təkrar etimad göstərilməyəcəyini də mümkün sayıb. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |