Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Xıdırovun qüdrəti QANUNLARI YENƏ BİLƏCƏKMİ?
Xıdırovun qüdrəti QANUNLARI YENƏ BİLƏCƏKMİ?17-12-2021, 11:48 |
Ötən həftə Baş Prokurorluq “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri barəsində olan cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat yaydı. Həmin məlumatda bildirilirdi ki, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb. Çərkəz Şirinov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və başqa maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. DİA.AZ bildirir ki, PİA.AZ-a daxil olan məluamat görə, hazırda Göygöl rayon Meşələrin İnkişafı Regional İdarəsinin direktoru vəzifəsində işləyən Çərkəz Şirinov Baş Prokuroluq tərəfindən haqqında məhkəməyə göndərilən cinayət işini bağlamaq üçün hərəkətə keçib. Bu məsələdə Çərkəz Şirinova hamilik edən ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun köməklik göstərdiyi qeyd olunur. Məlumatda vurğulanır ki, Çərkəz Şirinov dövlətə dəymiş ziyanı ödəməklə, məhkəmədə bəraət almaq və ETSN-dəki vəzifəsini davam etdirmək niyyətindədir. Baş Prokuorluqda haqqında açılan cinayət işini heç cür bağlatdıra bilməyən Çərkəz Şirinov indi bütün gücü ilə məhkəmədə məsələni “həll etmək” istədiyi qeyd olunur. Ancaq cinayət qanunverciliyinə görə Çərkəz Şirinov dəymiş ziyanı ödəsə belə, məhkəmə onun haqqında real cəza tətbiq edəcək. Məhkəmə tərəfindən tətbiq ediləcək cəzanın yüngül və ağır olmasından asılı olmayaraq Çərkəz Şirinov hazırda tutduğu Göygöl rayon Meşələrin İnkişafı Regional İdarəsinin direktoru vəzifəsini də itirməlidir. Geri qayıt |