Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Heç bir yerdən maddi gəlirimiz yoxdur, pensiyam kəsilib"
"Heç bir yerdən maddi gəlirimiz yoxdur, pensiyam kəsilib"17-12-2021, 12:14 |
DİA.AZ bildirir ki, Qax rayonu, Turaclı kənd sakini Sahnidze Nəzakət Dursun qızı "Hurriyyət"ə müraciət edərək, acınacaqlı durumda yaşadığını bildirib. Əslən türk kökənli olan Nəzakət Sahnidze heç bir yerdən gəlirinin olmadığını deyir. Hətta vəziyyət o həddə çatıb ki, ailəyə nə pensiya, nə də sosial müavinət verilir. Şikayətçi dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, problemi hələ də həllini tapmayıb: "Yataq xəstəsiyəm. Ürəyimdən əməliyyat olunmuşam. Qızım da təzyiq xəstəsidir. Hava soyuq olmasına baxmayaraq, qızım bağlardan fındıq yığır. Çünki, fındığı satıb maddi ehtiyacımızı qarşılamalıyıq. Heç bir yerdən maddi gəlirimiz yoxdur. Hazırda pensiyam kəsilib. Sosial yardım da verilmir. Qaldığımız daxmada donuruq. Dövlətdən isinmək üçün bir otaqlı ev verilməsini xahiş edirik. Çox yerlər bizə kömək etmir. Deyirlər ki, Türkiyə vətəndaşısız. Azərbaycanda məskən salmışıq. Beş övladım var. Bir övladım 18 yaşında dünyasını dəyişib. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Lakin, heç bir dövlət qurumu bizə köməklik etmək istəmir". Geri qayıt |