Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şəhid ailəsi faciənin bir addımlığında

Şəhid ailəsi faciənin bir addımlığında


23-12-2021, 12:38
Şəhid ailəsi faciənin bir addımlığında
Masallıda Şəhid ailəsi təhlükə qarşındadır. DİA.AZ JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, rayonun Qodman kənd sakini, Şəhid Cəlal Kazımovun ailə üzvləri elektrik dirəyinin evlərinin üzərinə aşması təhlükəsi ilə üz-üzə qalıblar.

Şəhidin qardaşı Elçin Kazımov əməkdaşımızla söhbətində bildirib ki, onlar bir ilə yaxındır bu problemlə üzləşiblər. Müraciət etdikləri rəsmi qurumlar isə problemi aradan qaldırmaq əvəzinə, onlara boş vədlər verməklə kifayətlənirlər. “Elektrik xətti evimizin yanından keçir. Əvvəlcə, bir az əyilmişdi. Müraciət etdik, “həll edərik” dedilər. Yağışlar başlayandan sonra dirək daha çox evə tərəf əyilməyə başlayıb. Dünən gecə isə daha 4 barmağa qədər əyilib. İşarə qoymuşdum ki, dəqiq bilim. Bu səhər baxıram ki, işarədən xeyli keçib”.

Şəhidin qardaşı deyir ki, işıq dirəyi düz evlərinə doğru əyilir. Onun sözlərinə görə, evdə yaşlı anası və körpə uşaqlar yaşayırlar. “Əgər dirək aşsa, təkcə evin damına zərər verməyəcək. Həm də həyatımız üçün təhlükə yaranacaq. Allah Iraq eləsin, elektrik səbəbindən ölüm-itim də ola bilər”.

Şəhid ailəsi faciənin bir addımlığında
Şəhid ailəsi faciənin bir addımlığında

Elçin Kazımov bildirir ki, Şəhid anası dəfələrlə rəsmi qurumlara müraciət etsə də, faydası olmayıb. “Dəfələrlə Masallı Elektrik Enerji Satışı İdarəsinə müraciət etmişik. Əvvəlcə, əhəmiyyət vermədilər. Daha sonra Şəhid ailəsi olduğumuzu bilib, vəd verməklə kifayətləndilər. Dünən yenidən müraciət etmişəm. “Düzəldərik” deyib, başlarından etdilər”.

O, bu qədər məsuliyyətsizliyi başa düşmür. Elçin Kazımov qeyd edir ki, söhbət insan həyatından gedir. “Bunlar o qədər məsuliyyətsizdirlər ki, insan həyatı belə veclərinə deyil. Sabah hər hansı bədbəxt hadisə baş versə, kim buna cavabdehlik daşıyacaq?”

Şəhid ailəsi aidiyyatı qurumlardan həyatları üçün təhlükə yaradan problemin aradan qaldırılmasını tələb edir. “Nə qədər ki, faciə yaşanmayıb problem həll edin. Bizim həyatımız bir işıq dirəyi qədər əhəmiyyətli deyil?”

Xatırladaq ki, Cəlal Abuzər oğlu Kazımov 1992-ci ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə Şəhid olub. Hazırda Masallı rayonu Qodman kənd orta məktəbi Şəhidin adını daşıyır.

Geri qayıt