Əsas Səhifə > Güney Press, Manşet > "CityNet, bərbadsınız... Bərbad və məsuliyyətsiz..."
"CityNet, bərbadsınız... Bərbad və məsuliyyətsiz..."12-01-2022, 16:13 |
DİA.AZ: - Ölkədəki internet provayderlərinin yarıtmaz fəaliyyəti artıq vətəndaşları cana doyurub. Hər halda, bunu bir media orqanı olaraq artan şikayətlərdən də hiss etməkdəyik. Elə keçən günlərdə də DİA.AZ olaraq diqqətinizə "City Net" provayderindən şikayəti təqdim etmişdik. Görünəni budur ki, aidiyyatı qurumlar üçün vətəndaş etirazı əhəmiyyət kəsb etmir. Əgər belə olmasaydı, ən azından etiraz xarakterli olsa da, bir reaksiya verilərdi... DİA.AZ bildirir ki, bu dəfə "Müştərinin Səsi" sosial qurpunda Aysel Qırxlarova adlı istiofadəçi sözügedən provayderə etirazını ifadə edir... Özü də sərt formada. Narazı vətəndaş yazır: "CityNet, bərbadsınız... Bərbad və məsuliyyətsiz... Hörmətli insanlar, siz siz olun... CityNet-i seçməyin!!!" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |