Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Azərmaş” MMC-nin də bulaşdığı DƏLƏDUZLUQ...

“Azərmaş” MMC-nin də bulaşdığı DƏLƏDUZLUQ...


18-01-2022, 10:43
“Azərmaş” MMC-nin də bulaşdığı DƏLƏDUZLUQ...
Vaxtaşırı olaraq Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı müraciətlər edir. Çox vaxt video-formatda yayılan bu müraciətlərdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir. Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun notarial qaydada etsinlər. Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan 3-cü şəxslərə hər hansı ödəniş etməyin! Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yolverilməzdir!

Bəs MÜVAFİQ LİZİNQ ŞİRKƏTİNİN QANUNİ NÜMAYƏNDƏSİ özü qanunsuz əməl törədərsə necə?

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 1-ci küçə, ev 14 ünvanda yaşayan Gənciyev Yusif Bəyalı oğlu “Dəryaz” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, bildirmişdir ki, avtomaşın almaq məqsədi ilə tanış olduğu Əliyev Əmralı Məhərrəm oğluna avtomobilə görə 4400 (dörd min dörd yüz) manat və sənədləşmə üçün 150 (bir yüz əlli) manat pul vermişdir. Avtomobil lizinqdə olduğu üçün lizinq təşkilatının əməkdaşı Xəyyam adlı şəxslə danışıqlar aparılmış, Yusifin 19 ay ərzində hər ay üçün 385 (üç yüz səksən beş) manat pul ödəyəcəyi razılaşdırılmış və “Elit” ticarət mərkəzinin yaxınlığında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən Yusif Gənciyevə “Khazar LX” markalı, 90 RT 081 dğvlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsi üçün etibarnamə verilmişdir. Həmin vaxt Xəyyam Əmralıdan 1-ci ay üçün 385 manat pul almış, lakin heç bir qəbz verməmişdir. Xəyyam pulu özü köçürəcəyini demişdir.

Y.Gənciyev yazır ki, Xəyyamın niyyəti ona olan etibarından sui-istifadə etməklə pulunu ələ keçirib mənimsəmək olmuş və məqsədli şəkildə dələduzluq etmişdir: “40 gün sonra yenə də 385 manat ödəmək üçün yaxınlaşanda Xəyyam avtomaşını saxladı və sənədləri məndən zorla alaraq bildirdi ki, Əmralının mənə borcu var, o pulu ona çıxırıq. Halbuki, maşını mənə verəndə Xəyyam demişdi ki, maşının heç bir borcu yoxdur. Xəyyam 535 manat məbləğində pul almışdır, bizi aldadaraq həmin lizinq təşkilatına köçürüləcək pulu mənimsəmişdir. Mən ondan avtomaşını, sənədləri geri qaytarmasını və pulu köçürməsini tələb etdikdə mənə bildirdi ki, hara istəyirsən get, şikayət elə”.

Şikayətçi hesab edir ki, Xəyyamın dələduzluq əməlinə hüquqi qiymət verilməli ona qarşı AR Cinayət Məcəlləsinin 178.1 maddəsinə əsasən cinayət işi açılmalıdır. Xatırladaq ki, Y.Gənciyev özünə qarşı törədilən əməldən Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və Binəqədi rayon prokurorluğuna da şikayət etmişdir.

İnternet resurslarında “Azərmaş” lizinq şirkətinin Vətən müharibəsi qazisinin müharibədə olduğu vaxt ödəyə bilmədiyi pullara görə avtomaşını əlindən aldığına dair tənqidi məlumatlar vardır. Amma bütün hallarda lizinqdə olan avtomobil lizinq şirkətinin əməkdaşı tərəfindən zorla deyil, yalnız məhkəmə qərarından sonra DYP əməkdaşları tərəfindən saxlanılmaqla əvvəlcə duracağa yerləşdirilə, sonra şirkətə təhvil verilə bilər.

Deryaz.az


Geri qayıt