Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bu hadisə Şəmkirdə heç də XOŞ QARŞILANMADI...

Bu hadisə Şəmkirdə heç də XOŞ QARŞILANMADI...


24-01-2022, 12:05
Bu hadisə Şəmkirdə heç də XOŞ QARŞILANMADI...
DİA.AZ: - "İsgəndər Aznaurov 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlib. Əslən Ahısqa türküdür. 1963-cü ildə burada məktəbə gedib, 1973-cü ildə həmin məktəbi bitirib. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olub. 1983-cü ildə ali təhsilini başa vurur.1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə Ahısqalı kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. O, burada cihazqayırma zavodunda işləyib.Erməni faşistlərinin ata-babalarımızdan yadigar torpaqlarımıza basqınları İsgəndəri narahat edir və o Milli Ordu sıralarına könüllü yazılır. İsgəndəri N saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər.“Topçu İsgəndər” kimi tanınan İ.Aznaurov Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası,canlı qüvvəsini məhv edib. Şınıx bölgəsində gedən döyüşlərdə o düşmənin demək olar bütün silah sursatını sərrast atəşlərlə sıradan çıxarır. 18 aprel 1993-cü il igid döyüşçü yenidən döyüşə girir və bu döyüşdə qəhrəmancasına həlak olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Bütün bunları xatırladan məqalə müəllifi daha sonra yazır: "Göründüyü kimi, canını, qanını Azərbaycan torpağı üçün fəda etmiş İsgəndər Aznaurov çox gərgin ömür yaşamışdır. Və ölümündən sonra onun anası hər zaman övladının xatırlanmasını, xatirəsinin əziz tutulmasını istəmişdir. Lakin Şəmkirin icra başçısı Rəşad Tağıyevin fəaliyyətsizliyi nəticəsində digər şəhidlər, qazilə, vətən müharibəsi iştirakçıları kimi İsgəndər Aznaurov və onun ailəsi diqqət kənar qalmışdır. Şəmkir rayonunda apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, Rəşad Tağıyev rayona başçı təyin olunduğu gündən milli qəhrəman , şəhid İsgəndər Aznaurovun anası, ailəsini ziyarət etməmişdir. Ən üzücü məqam isə anası Kamilə ananın dəfn mərasimində və ondan sonrakı günlərdə görünməmişdir. Çox təəssüf... Rəşad müəllim, bilirsinizmi ki, artıq Şəmkir insanları sizin Şəmkirə rəhbərlik etməyinizdən utanc hissi keçirir ?!"

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bu hadisə Şəmkirdə heç də XOŞ QARŞILANMADI...

Geri qayıt