Əsas Səhifə > Güney Press, Üst manşet > Şirəliyevin bacısının səhiyyə MONOPOLİYASI...

Şirəliyevin bacısının səhiyyə MONOPOLİYASI...


27-01-2022, 08:51
Şirəliyevin bacısının səhiyyə MONOPOLİYASI...
DİA.AZ: - Dünən Respublika Müalicəvi Diaqnostika Mərkəzindən və onun rəhbərliyindən şikayətləri təqdim etmişdik.

Oqtay Şirəliyevin bacısından ŞİKAYƏT VAR - "100 manat keçirib qəbuluna düşəsən gərək..."

DİA.AZ bildirir ki, bununla bağlı "Müştərinin Səsi" sosial qrupunda giley dolu müraciətlərin sayı durmadan artmaqdadır. Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin doğmaca bacısı olan Rəna Şirəliyeva sanki özünə bir SƏHİYYƏ MONOPOLİYASI qurub və dövlət büdcəsindən ayrılan vəsaiti xəstələrin müalicəsinə yönəltmək əvəzinə mənimzəməkdədir. Hər halda, şikayətlərin mahiyyəti və xarakterindən belə anlaşılır.

Şirəliyevin bacısının səhiyyə MONOPOLİYASI...

DİA.AZ olaraq yeni vətəndaş şikayətlərini təqdim edirik.

Nuray Nur adlı istifadəçi yazır:
"2019 cu ildə Rəna Şirəliyevanın qəbuluna girdim, dedim dimetil "Fumarat" içirəm. Türkiyədən 300 manata, İrandan 200 manata alıram. "Diphosel" adlı dərmanı gətirin istifadə edim. Dedi, bizdə yoxdur, biz o işlərə baxmırıq, get İrandan al...

İndi də "Zadiva"ya keçmişəm. "Diphosel Tecfidera" bahadır deyə. Dedim, onda "Avonex" ver, dedi, onu vurma sonsuzluq yaradar....

Bir sözlə, bəhanə ilə dərman verilmədi...."

Şirəliyevin bacısının səhiyyə MONOPOLİYASI...

Daha bir narazı vətəndaş isə qeyd edir:

"Rəna Şirəliyeva "Avonex"i öz biznesinə çevirib. Camaatın sağlamlığı ilə oynayır. "Avonex" MS-nin ilk dönəmlərində təsir edir. Daha sonra gücü çatmır. Necə ki mənim vəziyyətim 3 ildir pisləşir... Səbəbini bilmirəm. Neçə dəfə "puls terapiya" almışam. Düzəlib, amma yenə eyni vəziyyətə qayıtmışam. "Avonex"in gücü çatmırmış. Qardaş Tqrkiyədə, eləcə də başqa inkişaf etmiş ölkələrdə müasir dərmanlar (fingolimod, tecfidera, dimetil fumarat, aubagio, ocrevus) pulsuz verilir.

Mən bu dərmanların adlarını son 7-8 aydır bilirəm. Dərmanlar çox bahadır, biz isə balalarımızın boğazından kəsib dərmana veririk.

Prezidentimizin sərəncamı ola-ola niyə bu zülmü çəkməliyik?"

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt