Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət qurumlarının daha bir TENDER MATAHI:

Dövlət qurumlarının daha bir TENDER MATAHI:


27-01-2022, 12:26
Dövlət qurumlarının daha bir TENDER MATAHI:
DİA.AZ: - Artıq vətəndaşlarımız da öyrəşib ki, dövlət qurumlarımız tərəfindən həyata keçirilən tenderlərdə saxtakarlıq olsun. Yəni hər kəs bunu hazırki Azərbaycan reallıqlarının ayrılmaz parçası kimi qəbul edir. Ona görə də kimsəni heyrətləndirə bilmərik.

DİA.AZ bildirir ki, bu gün tender maxinasiyalarında daha çox fəal olanı isə maləsəf müəyyən dğvrdə bəzilərinin ümidlə baxdığı YENİ GƏNC KADR HEYƏTİDİR...

Məhz onların yeni tender fırıldaqları ilə bağlı informasiyalar yerli KİV-ləri bəzəməkdədir. Nazirindən tutmuş sıravı səlahiyyətlisinə qədər... bütün gənc heyətin böyük əksəriyyətinin əli bu gün TENDER QƏTLİAMINA bulaşıb desək, yanılmarıq.

DİA.AZ olaraq bu qəbildən olan bir faktı təqdim edirik.

Aydın olur ki, təkcə 2021-ci il ərzində “City Construction” MMC ümumi məbləği 7 milyon 389 min 12 manat məbləğində 8 tender qazanıb.

Dövlət qurumlarının daha bir TENDER MATAHI:

İnternet üzərindən araşdırma apardıqda “City Construction” MMC barəsində olduqca məhdud informasiyalara rast gəlinir. Hər halda ayrı-ayrı dövlət qurumlarımızdan bir il ərzində 8 milyona yaxın vəsaiti HAQQ EDƏN bu MMC ilə bağlı ən azından müəyyən rəsmi informasiyalar olmalı idi.

Amma bu şirkətlə bağlı bilinənlər azdır. Təxmin etdiyimiz odur ki, kimsə boşuna bu şirkəti tenderinə soxuşdurmur.

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

QEYD: Yuxarıda təqdim etdiyimiz cədvələ baxdıqda hər şeyi təzmin etmək olur...

Geri qayıt