Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Kaptal Bank" hüquqşünası da DARA ÇƏKİR...
"Kaptal Bank" hüquqşünası da DARA ÇƏKİR...2-02-2022, 12:04 |
DİA.AZ: - "Dekabr ayında "NLT Telekom"da taksit əməliyyatı keçirmişəm. "Kapital Bank" BirKart vasitəsilə "Apple pay" ödənis sistemi vasitəsilə..." DİA.AZ bildirir ki, bu barədə hüquqşünas Orxan Səfərov "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir. Daha sonra şikayətdə bildirilir: "Bank taksitə bölməyərək ödənişi birdəfəlik əməliyyat kimi göstərmişdir. Bununla bağlı banka br 2025474 nömrəli muraciət etmişəm. Taksit əməlyyatının çekini "whatsapp" üzərindən təqdim etmişəm. Müraciətimin icra statusu boş bağlanılıb və məsələm həll edilməmişdir. Halbuki "Kapital Bank" məsələnin onların sistem problemi olduğunu və aradan qaldırılacağını, o cümlədən hesablanmış faizlərin silinəcəyini bildirsə də, məsələ həll edilməyib indiyə qədər. Mənə faiz hesablanır. Bütün mədəni həddləri gözləsəm də, hər hansı nəticə əldə olunmadı. Bank barəsində "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti"nə unvanladığım müraciət "Azərbaycan Respublikasının Mərkəzi Bankı"na göndərilmişdir. Hələ də bir icra yoxdur. Vətəndaşın, istehlakçının huquqlarının müdafiəsinin ölkəmizdəki səviyyəsinin bariz nümunəsidir. Mən hüquqşünas olaraq məsələ həll olunmadığı təqdirdə hüquqlarımın müdafiəsi üçün aidiyyəti addımları atacağam". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |