Əsas Səhifə > Güney Press, Üst manşet > Zaur Mikayılovun Şəkidəki kadrı GÜL VURUR
Zaur Mikayılovun Şəkidəki kadrı GÜL VURUR4-02-2022, 09:44 |
DİA.AZ: - Şəki Suvarma Sistemləri İdarəsində cərəyan edən özbaşınalıqlarla bağlı DİA.AZ-a yeni məlumat daxil olub. Qeyd dək ki, artıq bu silsilədən bir neçə materialı işıqlandırsaq da, qarşı tərəfin rəyini hələ də öyrənə bilməmişik. Zaur Mikayılov BUNLARI NƏDƏN GÖRMÜR? - GİLEY DİA.AZ bildirir ki, bu barədə daxil olan növbəti məlumatda deyilir ki, Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Əhmədov Sabir haqqında nə qədər "tərif" desək, azdır. Mənbə daha sonra bunları yazır: "Bu insanın tükənməz sərvəti var. İdarənin balansında olan "hyundai" ekskavatoru metrəsi 1 manata kanal qazır və təbii ki pullar Əhmədov Sabirin öz cibinə gedir. İdarədə idarəedici heyətdə olan işçilərin hərəsinə 2 ölü can ("levi" maaş kartı) verib ki siz də məndə olan ölü canlarıma ("levi" maaş kartlarıma) səsinizi çıxarmayın. Ən əsası isə idarənin kadr idarəsinin rəisi qoyduğu Südabə xanımdır. Sabir Əhmədov heç bir ali təhsili olmayan Südabə xanımı ona görə idarəsinə kadr rəisi qoyub ki, uzun illər "arteziyan idarəsi"ndə işlədiyi bütün əyri işlərini, "levi kartlarını" saxladığı ölü canları həmən xanım ilə görüb və hələ də görməkdədir. Sabir Əhmədov uzun illər arteziyan idarəsində işlədiyi dövrdən də bu işlərlə məşğuldur. Sabir Əhmədovun qanunsuz əməllərinə Əhməd Əhmədzadə , Rafiq Aslanov göz yumur və arxasında dayanırlar. Bizim yeni sədr Zaur Mikayılovdan xahişimiz odur ki, Sabir Əhmədovun iş fəaliyyətini yoxlatdırsın və illərdir dövlət büdcəsini necə talan etdiyini, milyonlarla manat vəsaitləri mənimsədiyini görsün. Sabir Əhmədli haqqında tədbir görsün..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |