Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Yardımlı sakinlərindən icra başçısına ETİRAZ
Yardımlı sakinlərindən icra başçısına ETİRAZ7-02-2022, 10:10 |
"Yardımlı icra hakimiyyətinin fonduna yığılan pullar hara gedib ki, şəhid məzarını uzun illər sonra şəhidin doğmaları öz vəsaitləri hesabına inşa etdiriblər. İcra başçısı Ayaz Əsgərova sual edirik: Sən bu kəndə niyə gəlmirsən, niyə bircə dəfə də olsun bizim şəhidin anasını ziyarət etmirsən ki, necə dolanır və necə yaşayır.." Bəli, Yardımlının Bozayran kəndində öz qüruru ilə yaşayan, I Qarabağ müharibəsinin şəhidi Heybət Hüseynovun anası Sultanova Gülvəs Səhrəng qızı da sənin necə laqeyid icra başçısı olduğunu artıq bilir. Şəhid anası işə görə Yardımlı İHB-yə müraciət edib nəvələri Hüseyni Yusif Dövlət oğluna və Huseyinli Sücayətə iş istəyəndə bilmirdi ki, onu da aldadıb yola verəcəklər. Yusif hal-hazırda şəhid əmisinin qisası naminə kəsfiyyat bölüyündə hərbi xidmətdədir, şəhidin digər qardaşı Nemət də ki, qarabağ qazisidir. Axı, Yardımlıda şəhidlərə, qazilərimizə niyə yetərincə baxmırlar, çünki, icra başçısının vecinə deyil. Prezdentin tapşırığı var ki, şəhid ailələrinə və qazi ailələrinə hər cür köməklik edilsin, işlə təmin edilsinlər. Amma bu tapşırıqlar bizdə icra edilmir, icraya gedirsən də mənası olmur. Eləcə deyirlər ki, vəsait guya yoxdu, amma fonda keçən pullar hara gedir, bilinmir. Şəhidimizin məzarını özümüz düzəltmişik, eybi yoxdur. Amma Ayaz müəlim cavab verməlidir! İndiyə qədər neçə şəhidin evinə səmimi olaraq gedib, ümumiyyətlə rayonda özündən və yaxınlarından başqa kimlərin bir işinə yarayıb? Rayonda bu qədər işsizliyə niyə meydan açıb?.. Demokratik.Az bildirir ki, bu fikirləri bir neçə gün əvvəl Yardımlının Bozayran kənd sakinləri səsləndiriblər. Bir neçə gün öncə Yardımlı İHB Birinci Dağlıq Qarabağ müharibəsi şəhidi Heybət Hüseynovun məzarının öz yaxınlarının vəsaiti hesabına inşa edilməsinə münasibəti belə sərt təpkiyə səbəb olub. Yerli icra hakimiyyəti yazmışdı ki, "Birinci Dağlıq Qarabağ müharibəsi şəhidlərinin məzarı kimi düzəldilmişdir. Şəhidin anası müraciət edərək məzarın mərmərdən düzəldilməsini tələb etmişdir. Məzarın mərmərdən düzəldilməsi üçün hazırda vəsait yoxdur. Vəsait olduqda məzar mərmərdən düzəldiləcək. RİH başçısı tərəfindən Şəhidin anasına dəfələrlə maddi köməklik göstərilmişdir. Şəhidin anası Sultanova Gülvəs Səhrəng qızı nəvələrinin işlə təmin olunması ilə bağlı müraciət etmişdir. Müraciəti Rayon Məşğulluq Mərkəzində qeydə alınmışdır. Müvafiq boş iş yeri yarandıqda köməklik göstəriləcək" - sitatın sonu. Demokratik.Az Geri qayıt |