Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şəkidə yerli məmur Şəhid qardaşını TƏHQİR ETDİ

Şəkidə yerli məmur Şəhid qardaşını TƏHQİR ETDİ


11-02-2022, 11:39
Şəkidə yerli məmur Şəhid qardaşını TƏHQİR ETDİ
DİA.AZ: - Şəki rayon Aşağı Göynük kənd sakini şəhid qardaşı Əbdürəhimov Sadıq Məmmədəli oğlu tərəfindən Şəki rayon İcra başçısı Cənab Elxan Usubova və müavini Həsən Həsənova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə şəhid qardaşı S.Əbdürəhimov kənd icra nümayəndəsi katibi Yusif Hümbətovun hərəkətlərindən şikayət edir.

Narazı vətəndaş yazır: "Bir ay yarım bundan qabaq kənd icra nümayəndəliyinə rəsmi qaydada bizə aid olan Qaraqul adlanan ərazidə 0.37 sot torpaq sahəsinin göstərilməsi üçün müraciət etmişdim. İndiyə kimi məktubuma cavab vermirlər. Bu torpaq sahəsini hansısa məmur illərdi əkib-becərir, bizə nə icarə haqqı verilir, nə də ki torpağın vergisini ödəyirlər, biz ödəyirik.

Məktubun cavabı ilə bağlı 3-4 dəfə nümayəndəliyə getmişəm, amma bunları tapmaq müşküldü, işdə tapılmırlar. Nəhayət 10 fevralda Yusif Hümbətovu yerində tapdım, tapmasam, ondan yaxşı olardı...

Bu məmur sanki özünü kral zənn edir, danışığını bilmir. Məni görən kimi aqressivləşdi. Məlumdu səbəbi... 30 yanvarda yuxarı orqanlara müraciət etmişdim bu qurumun və digərlərinin Şəhidə qarşı ayrıseçkiliyindən, saymamazlığından.

Budur həmin şikayətimin qisasınl məndən aldı və başladı küçə söyüşü ilə təhqir etməyə otaqdan qovmağa... Xahiş edirəm aidiyyatı qurumlardan bizim ailəyə məxsus pay torpağın tanıdılmasına və bu məmurların özbaşnalığına son qoyulmasına göstəriş verəsiniz.

Belə adamlar bu vəzifələri icra etmək qalsın bir yana, heç özlərini apara bilmirlər. Təyin etdiyiniz məmurlar sadə vətəndaşlara yuxarıdan aşağı baxırlar..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt