Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “AAAF Park”dan yeni tələ: 7 ildir evlər verilmir, amma…
“AAAF Park”dan yeni tələ: 7 ildir evlər verilmir, amma…14-02-2022, 11:33 |
Xırdalanda nəhəng yaşayış kompleksi inşa etmiş, tikinti işlərini üz-gözünə bulaşdırmış, yüzlərlə vətəndaşın illər əvvəl ödədiyi məbləğə baxmayaraq, hələ də mənzillərini təhvil verməmiş “AAAF Park” tikinti şirkəti yeni reklamlarla deyəsən, insanları ələ salmağa çalışır. Reportyor.info müşahidələrinə əsasən bildirir ki, tikinti firması reklam çağırışlarında ayda cəmi 299 manat ödəməklə mənzil sahibi olmağa şirnikləndirir. Halbuki cəmi bir neçə həftə əvvəl şirkətdən narazı sakinlər toplaşaraq aksiya keçirmiş, pullarını verdikləri halda 7 ildir mənzillərin açarlarını ala bilmədiklərini söyləyirdilər. Şirkət onların mənzillərini təhvil vermək, şikayətçiləri razı salmaq əvəzinə yeni-yeni xam müştərilər axtarışındadır. Ümumiyyətlə, “AAAF Park” rəhbəri Tofiq Heydərov tamamilə xaotik iş bölgüsü aparıb, buna “Əlinin papağın Vəlinin başına qoymaq” da adlandırmaq olar. Bu hektarlarla böyük ərazidə yarımçıq işlər, tam tikilməmiş binalar, pərakəndəlik, kommunal problemlər xirtdəyə qədər uzanıb. Ümumən bu kompleks tör-töküntü, xaosdur, zirzəmilər də satılaraq iaşə obyektlərinə çevrilib. Kompleksdə onlarla buna tikintisinin başa çatmasını gözləyir. Amma səliqəsiz, yöndəmsiz iş aparan, bir binada tikintini yekunlaşdırmamış digərinin təməlini atmış T. Heydərovun bu plansız fəaliyyəti nəticəsində yüzlərlə ailə mənzilinə qovuşa bilmir. Dediyimiz kimi, bu haqda ötənlərdə təqdim etdiyimiz video reportajdan da agah olmuşdu ki, insanlar pul verib, amma 7 ildir evləri tikilib qurtarmır. Bu da azmış kimi, indi şirkət insanları həvəsləndirib tələyə salmağa başlayıb, guya 299 manatla mənzil almaq mümkündür. Yüzlərlə ailə 7 ildir mənzil ala bilməsin, sən başqalarına vədlər ver… Buna nə ad verəsən, bəlli deyil!!! //reportyor.info// Geri qayıt |