Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cavid Qurbanov: Köhnə eşalonun YADİGARI...
Cavid Qurbanov: Köhnə eşalonun YADİGARI...10-03-2022, 15:15 |
DİA.AZ: - Az əvvəl məlum oldu ki, Dövlət Xidməti dəmir yolu sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar iş qaldırıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. Blidirilib ki, dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb. Onu da qeyd edək ki, Cavid Qurbanov ARDNŞ rəhbərliyində dəyişiklik baş verəndən sonra ciddi təlaş içindədir və sıranın nəhayətdə ona çatacağını tam olaraq təxmin etməkdədir. ""Azərbaycan Dəmiryolları"nın rəhbərliyində dəyişiklik olacaq. Artıq qərar verilib və Cavid Qurbanovun sürəsi dolmuş hesab olunur". Bu barədə isə hələ bir müddət əvvəl yerli KİV-də informasiyalar yayılmışdı. DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan son informasiyalarda isə qeyd olunur ki, ölkənin baş dəmiryolçusu ilə bağlı ilk əvvəl TƏFTİŞ qərarının icrası həyata keçiriləcək. Xəbəri verən qaynaq iddia edir ki, yetərincə böyük varidat və sərvət toplamağa müvəffəq olmuş Cavid Qurbanov hazırda iqtidar düşərgəsində təmsil olunan tək-tük oliqarx-məmurlardan - köhnə eşalonun yadigarlarından biri hesab olunur. Mənbənin dia-az.life-a söylədikləri: "Cavid Qurbanov cəmiyyətdə ən çox qıcıq yaradan məmurlardan biri hesab olunur. Təbii ki, onunla yolları ayırmaq iqtidarın da maraqlarındadır". Bir başqa mənbə isə iddia edir ki, bu il eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin də təftiş olunacağı planlaşdırılır. Bu isə Cavid Qurbanova ən ali səviyyədə etimadsızlığın olması ilə əlaqələndirilir. Məlumatlara görə, Cavid Qurbanovla yanaşı onun son zamanlar formalaşdırmağa çalışdığı "Kəlbəcər klanı" da itkilərə məruz qalacaq: "Cavid Qurbanov özünə əməlli-başlı komanda qurub. Neçə-neçə icra başçısı, vəzifəli şəxslər bu gün əmri Qurbanovdan alır. Gözlənilən prosesin onları da hədəfə gətirəcəyi şübhəsizdir..." Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |