Əsas Səhifə > Güney Press, Reklam > Lider mobil operator 2021-ci ildəki fəaliyyət dövrünün hesabatını açıqlayır

Lider mobil operator 2021-ci ildəki fəaliyyət dövrünün hesabatını açıqlayır


11-03-2022, 16:13
Lider mobil operator 2021-ci ildəki fəaliyyət dövrünün hesabatını açıqlayır
DİA.AZ: - Azərbaycanda ən son texnoloji trendləri tətbiq edərək rəqəmsallaşmanı hər bir istifadəçisinin gündəlik həyat tərzinə çevirməyə can atan “Azercell Telekom” MMC 2021-ci ildə 25 yaşını qeyd etdi. Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi və 5 milyon abunəçini ətrafına toplayan Azercell-in yenilənmiş strategiyası şirkəti “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” məqsədinə doğru aparır. Məhz bu məqsədə əsaslanan Azercell öz abunəçilərinin daim artan ehtiyaclarını qarşılamaq və onların gözləntilərini aşmaq üçün istifadədə rahat və qabaqcıl rəqəmsal həlləri ölkədə təqdim edəcək. Şirkət brendinin yeni şüarı - “Sənə yaxın gələcək” innovativ rəqəmsal həllər vasitəsilə insanların həyat keyfiyyətini yaxşılaşdırmaq, təhlükəsizliyi artırmaq və dünyaya inteqrasiya olunmaq kimi ideyaları özündə əks etdirir.

DİA.AZ xəbər verir ki, strateji fəaliyyətinin yeni dövrünü elan etmiş lider mobil operator 2021-ci ili məhsuldar və gərgin fəaliyyət, yeni təşəbbüslər və əlamətdar yeniliklərlə başa vurdu. Uzun sürən pandemiyanın səbəb olduğu qlobal iqtisadi resessiyaya baxmayaraq “Azercell Telekom” ötən ili ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2021-ci ildə ölkənin mobil kommunikasiya bazarında 51.8% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicilərindən biri olaraq 2021-ci ildə dövlət büdcəsinə 122.7 milyon AZN, 25 il ərzində isə ümumilikdə 2.1 milyard AZN-dən çox vergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2021-ci ildə 44.7 milyon ABŞ dolları, 1996-2021-ci illər ərzində isə 1.7 milyard ABŞ dollarından artıq həcmdə sərmayə yatırıb.

Hələ müharibə dövründə bütün cəbhə boyu ordumuzun ardınca irəliləyən Azercell-in texniki komandası azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmışdı. Bu fəaliyyət 2021-ci il ərzində də davam etdirilərək artıq işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 70-dən artıq radio baza stansiyasının 2G/3G/4G standartları ilə işləməsilə nəticələndi. İndi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və ətraf ərazilər Azercell-in mobil şəbəkəsi ilə əhatə olunub.

Hazırda şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.15% əhali əhatəsi isə 98.70% təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla davam etdirib. Ötən il boyu Azercell-in 4G şəbəkəsinin əhali üzrə əhatəsi dairəsi 85,8%-ə, coğrafi əhatəsi isə 74,5%-ə qədər yüksəlib ki, bu da 2020-ci ilin analoji göstəricilərindən 2% artıqdır. 2021-ci ilin yekunlarına əsasən

Azercell-in 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 3000-ə çatdırılıb. Azercell 4G şəbəkəsi üzərindən ötürülən məlumatın həcminin və internet sürətinin 24% yüksəlməsinə nail olub. Belə ki, 2021-ci ilin göstəricilərinə görə Bakı və Abşeron yarımadası üzrə ortalama sürət 51 Mbit/s qədər yüksəlib.

Azercell Bakı metropolitenində rahat və kəsintisiz bağlantı istiqamətdə apardığı işləri yekunlaşdıraraq iki il davam edən layihə nəticəsində metropolitenin bütün 24 stansiyası və tunellərini 4G şəbəkəsi ilə əhatə edib. Beləliklə, Azercell abunəçiləri, hətta, qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən yararlanaraq dostları ilə yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinin sürətləndirilməsinə dair sərəncamına uyğun olaraq Azercell şirkəti bu konsepsiyaların nəzərdə tutduğu qabaqcıl texnologiyaların öz mobil şəbəkəsi üzərindən işə salınması istiqamətində nailiyyətlər əldə etdi. Belə ki, operatror işğaldan azad olunmuş torpaqlarda öz 4G şəbəkəsini sürətlə genişləndirməklə yanaşı, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üçün əşyaların interneti (IoT) texnologiyasına əsaslanmış, daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən ilk operator olub.

İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə dəstək məqsədilə Azercell şirkəti öz abunəçilərinə “Kabinetim” tətbiqi üzərindən Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanı yaradıb. Bundan əlavə, həmin ərazilərdə abunəçilərə ilk müştəri xidmətləri göstərən də məhz Azercell olub. Şirkətin Mobil Müştəri Xidmətləri komandasının Şuşaya səfəri zamanı 200-ə yaxın abunəçiyə yerində xidmət göstərilib, 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirilib.

2021-ci ildə davam edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları hər zaman olduğu kimi müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2021-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə təxminən 3 milyondan çox zəng daxil olub, bunlardan 97.5%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 818,136 sayda sorğu daxil olub və bunların 96%-i cavablandırılıb. Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam 479 mindən çox müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2021-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən 800 mindən çox abunəçiyə üz-üzə xidmət göstərilib.

Ötən il istifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “Qaliblərin seçimi - 010 prefiksli nömrələr” də Azərbaycanın mobil rabitə bazarına çıxarılıb. Vətən müharibəsindəki şanlı qələbəni bizə yaşadanlara sonsuz hörmətin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlara Azercell-dən yeni “Veteran Tarifi” təqdim olunub.

Yeni rəqəmsal siyasətini həm istehlakçılar, həm də müxtəlif ölçülü biznes müştəriləri üçün gerçəkləşdirən Azercell 2021-ci ildə korporativ abunəçiləri üçün bir sıra yeniliklər həyata keçirib. Belə ki, şirkət ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan “Biznesim Nəqliyyat” həllini təqdim edib . Eyni zamanda, “Biznesim Loyallıq” proqram çərçivəsində Azercell-in korporativ müştəriləri arasında populyarlıq qazanan “Biznesim Klubu” istifadəyə verilib. Klub üzvlərinə rabitə xərclərinə endirimlər, hədiyyə cihazlar, Azercell Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər edilib. Bundan əlavə, korporativ müştərilər üçün “Liderlik” və “Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzularına həsr edilmiş vebinarlar təşkil olunub. “Biznesim Veb” həlli, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketləri istifadəyə verilib.

2021-ci ilə Azercell öz istifadəçilərin gündəlik iş proseslərini daha rahat və sürətli etmək məqsədilə “BirBank” mobil tətbiqin daxilində “Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verib. iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini smartfonları, son model Wi-Fi cihazı əldə edən müştərilərə hədiyyə internet paketləri təqdim olunub.

Geri qayıt