Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Ağababa İbrahimov “seyidəm” deyib qanunları saymır"
“Ağababa İbrahimov “seyidəm” deyib qanunları saymır"16-03-2022, 12:40 |
Astara Pedaqoji Kollecinin tələbəsi İlkin Hacıyev Təhsil naziri Emin Əmrullayevə müraciət edib. DİA.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, o müraciətində kollecin rəhrbərliyi tərəfindən haqsızlığa məruz qaldığını bildirib. İlkin Hacıyevin sözlərinə görə, ailə vəziyyəti ilə əlaqədar oxuduğu təhsil müəssisəsini dəyişmək istəyib. Bununla əlaqədar Təhsil Nazirliyinə müraciət edib. Lakin məlum olub ki, yerdəyişmə yay semestrinə qədər dayandırılıb. Nazirlikdən tələbəyə tövsiyə edilib ki, qismən təhsil almaq hüququndan yararlansın. İlkin Hacıyev yazır ki, bununla əlaqədar fevralın 15-də kollecdə olub. Təhsil müəssisəsinin direktoru Ağababa İbrahimovla görüşüb və qismən təhsil almaq hüququndan istifadə etmək istədiyiyini deyib. "Direktor isə Təhsil Nazirliyinin səlahiyyətli şəxslərinin söylədiklərinin əksinə olaraq qismən təhsil anlayışının olmadığını bildirib”, deyə tələbə qeyd edib. Bundan sonra tələbə yenidən Təhsil Nazirliyinə müraciət edib: "Mənə ordan bildirildi ki, qismən təhsil var və sən bu hüququndan istifadə edə bilərsən. Yenidən kollecə gedərək direktorla görüşdüm. Uzun mübahisələrdən sonra nəhayət, Ağababa İbrahimov razılaşdı. Lakin şərt irəli sürdü ki, ərizəni köhnə tarixə, yəni fevralın 15-nə yazım. Ona sual verdim ki, bəs həmin müddətdə yazılacaq qayıblar necə olacaq? Cavab verdi ki, silinəcək. Bundan sonra ərizəni köhnə tarixə yazdım”. Lakin sonradan məlum olub ki, İlkin Həsənova yazılan qayıblar silinməyib. Üstəlik, tələbənin qayıbları artıb: "Mənim üçün tərtib olunan cədvələ 2 və 3-cü günlər dərsdə olmalıyam. Mən də həmin günlər dərsə gəlmişəm. Lakin məlum olub ki, qayıb yazılıb. Konkret olaraq gimnastika fənnindən qayıb yazılıb. Çünki bu fənn dördüncü gün keçirilir. Fənni tədris edən müəllimə dərs cədvəlim barədə məlumat verilmədiyinə görə qayıb yazıb. Cənab nazir, buna etiraz etdikdə isə bildirdilər ki, bir qayıbla heç nə olan deyil. Sual vermək istəyirəm ki, bir qayıbla heç nə olan deyilsə, niyə ailəmi, iki az yaşlı körpəmi tək qoyub 300 km yol gedib, qayıdıram?! Başa düşürəm ki, hər bir tələbə kimi mənim də borcumdur ki, qanuna riayət edərək, dərslərdə iştirak edim. Mən də buna ciddi riayət edirəm. 30 yaşım var və iki övlad atasıyam. 10 ildən artıqdır ki, məşqçi kimi fəaliyyət göstərirəm. Bu qədər əziyyəti ona görə çəkmirəm ki, Astara Pedaqoji Kollecinin 65 yaşlı rəhbəri 1100 tələbə qarşısında cənab Prezidentin həssas yanaşdığı məcburi köçkünlərə qaçqın deyib aşağılasın. Deyir ki, "seyidəm, Allah bəlanı verəcək". Qanun seyidlərə vətəndaşlarla istədiyi şəkildə danışmaq hüququ verirmi? Bu şəxs seyidəm deyib, qanunları saya salmır”. Tələb nazirdən bu məsələni diqqətdə saxlamasını və pozulan hüquqlarının bərpa olunmasını təmin etməsini xahiş edib: "Bu müraciətim nəticə verməzsə, məcbur qalıb Prezident İlham Əliyevə müraciət edəcəm”. Geri qayıt |