Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 5 saniyəyə 500 evi ÜYÜDƏN MİDA rəhbərliyinə yol qaydası da AİD DEYİLMİŞ...
5 saniyəyə 500 evi ÜYÜDƏN MİDA rəhbərliyinə yol qaydası da AİD DEYİLMİŞ...31-03-2022, 08:27 |
Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib. DİA.AZ xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib. Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub. Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur. Video burada: VİDEOYA BAXMAQ ÜÇÜN BURA TIKLAYIN.... Geri qayıt |