Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Elşad müəllimin MÜƏMMALI TENDER ORTAĞI...
Elşad müəllimin MÜƏMMALI TENDER ORTAĞI...18-04-2022, 10:24 |
DİA.AZ: - Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi yeni tenderə yekun vurub. DİA.AZ-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata görə, "KONEKS Construction" MMC ilə müxtəlif təyinatlı hissələr və məişət malları üçün 588 483 manatlıq müqavilə bağlanılıb. DİA.AZ bildirir ki, Yasamal RİH-in tenderinin qalibi ilə bağlı apardığımız araşdırmalar zamanı ortaya ilginc faktlar çıxıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur. Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur. DİA.AZ bildirir ki, Xətai rayon MKTB da keçən ilin iyun ayında da “Koneks Constructions” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 80 499.6 AZN olan müqavilədə yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur. Beləliklə, aydın olur ki, MKTB-yə yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də asfalt çəkirmiş. “Koneks Constructions” MMC-nin dövlət satınalmalarında iştirakı ilə bağlı apardığımız araşdırmalar zamanı məlum olub ki, şirkət 25 fevral 2021-ci il tarixdə Bakı Dövlət Universiteti ilə 172 601.81 AZN, martın 12-də 155 257.04 AZN, may ayında isə Nəsimi rayon MKTB ilə 202 379. 50 AZN dəyərində satınalma müqaviləsi imzalayıb. Mediada gedən məlumatlara görə, həmin vaxt şirkətin 904 AZN vergi borcu olub. “Dövlət Satınalmaları haqqında” qanun isə vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Yeri gəlmişkən, “Koneks Construction” MMC-nin bu günə olan vergi borcu 9.36 AZN-dir. Şirkətlə bağlı müəmmalardan biri də onun yaranma tarixi ilə bağlıdır. Açıq mənbələrdə qeyd edilir ki, “Koneks Construction” MMC 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Lakin yuxarıda qeyd etdiyimiz kimi Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin 2019-cu ildə yarandığı qeyd edilib. 2019-cu ildə yaradılan “Koneks Construction” MMC-nin 3 il əvvəl necə fəaliyyət göstərib? Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bu baxımdan, yuxarıdakı sualın cavab tapmaq mümkün olmadı. Geri qayıt |