Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Penitensiar Xidmətin yeni rəisi KİM OLACAQ?
Penitensiar Xidmətin yeni rəisi KİM OLACAQ?29-04-2022, 11:28 |
Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Bakı Şəhər prokuroru vəzifəsindən azad edilən İlqar Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə gətirilir. DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bu barədə jurnalist Samir Feyruzov məlumat verib. O qeyd edib ki, 2016-cı ildən Penitensiar Xidmətin rəisi vəzifəsində işləyən ədliyyə general-leytenantı Ceyhun Həsənov isə tutduğu vəzifədən azad ediləcək: “İlqar Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinatı ölkənin oliqarx-məmurlarından birinin ciddi dəstəyi ilə həyata keçirilir. Onun Bakı şəhər prokuroru vəzifəsinə təyinatının gerçəkləşməsində də həmin məmurun müstəsna rolu olub”. Qeyd: İ.Abbasov 2017-ci il aprel ayının 26-da keçmiş Baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru vəzifəsinə təyin edilmişdi. Xatırlatma: İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib. Geri qayıt |