Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Texniki universitetdə TƏBİİ ATMOSFER...

Texniki universitetdə TƏBİİ ATMOSFER...


10-05-2022, 08:30
Texniki universitetdə TƏBİİ ATMOSFER...
Tələbə Davudov Pərviz Rəhim oğlu dövlət imtahanına buraxılır, oxuduğu son 3 il üçün ondan təkrar 5200 manat təhsil haqqı alınır, ona kəsri olan imtahanların krediti ödətdirilir, yekunda diplomu verilmir. Qəribədir deyilmi?
DİA.AZ xəbər verir ki, faktinfo.az saytına AzTU-nun Tədris hissə şöbəsinin müdiri Ərəstun Məmmədovun bildirdiyinə görə, Pərviz Davudov Sumqayıt Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinin Menecment fakültəsinə, bir müddətdən sonra isə (dəqiq tarix deyə bilmir) bu fakültədən də Nəqliyyat və Loqistika fakültəsinə köçürülüb. Burada texniki səhv orda olub ki, AzTU-da tələbənin digər fakültəyə köçürülməsi zamanı Təhsil Nazirliyinə göndərilən siyahıya Pərviz Davudovun adı daxil edilməyib.

Faktinfo.az xatırladır ki, bir ilə yaxındır o zamankı yol verilmiş texniki səhv səbəbindən Pərviz Davudovun diplomu verilmir.Qeyd edək ki, o dövr Menecment fakültəsinin dekanı olan Xalıq Yahudov sonradan 3 ilə yaxın AzTU-nun rektor əvəzi olub. 2 il bundan qabaq vəzifəsindən azad edilən Zakay Şayev isə uzun illər Tədris hissə şöbəsinin müdiri vəzifəsində çalışıb. Pərviz Davudova aid sənədləşmə bu iki şəxsin dövrünə təsadüf edib.

Qeyd edək ki,Xalıq Yahudov ölkə iqtisadiyyatı üçün izafi xərc hesab edilən, dünyada müqayisəsi olmayan, ştat vahidi pozuntusu hesab edilən rektor Vilayət Vəliyevin 5 müşavirindən biri hesab edilir. Zakay Şayev isə AzTU-dakı vəzifəsindən azad ediləndən sonra Bakı şəhərində təhsil sahəsində rəhbər vəzifədə özünə yer edə bilib. Hər iki şəxs Pərviz Davudovun diplomunu ala bilməməsinə görə hələ ki, məsuliyyətdən kənarda qala biliblər. AzTU-nun Tədris hissə şöbəsinin müdiri Ərəstun Məmmədova qədərki rəhbərlik, o cümlədən rektor Vilayət Vəliyev də səhvsiz deyil. Buna irəliləyən günlərdə toxunacağıq.

Hazırda isə onu bildiririk ki, Vilayət Vəliyev AzTU-ya rektor təyin olunandan sonra adına "islahat" deyib, aidiyyatı olmayan onlarla şəxsi universitetə vəzifəyə gətirməyə, oradakı texniki işçiləri belə əvəzləməyə vaxt tapır, məzunun diplomunun verilməsində yaranan texniki anlaşılmazlığı Təhsil Nazirliyi ilə aradan qaldırmaq istəmir.

Geri qayıt